Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:48

Küləkli hava gözlənir


arxiv foto

Yanvarın 27-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-6, gündüz 8-12,Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir. Qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimalı var. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 6-10 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda 9-14 m/s, Kür vadisi rayonlarında isə arabir 23-28 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.

Yanvarın 28-i və 29-da bəzi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi təxmin edilir.

Multimedia

XS
SM
MD
LG