Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:11

Sabaha külək və qısamüddətli yağış gözlənir


arxiv foto
arxiv foto

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq.

Azərbaycan bölgələrinin bəzi yerlərində də şimşək çaxacağı, yağış yağacağı gözlənir.

Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənir.

XS
SM
MD
LG