Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Kuba prezidenti Moskvaya gəlib


Kuba prezidenti Miguel Diaz-Canel
Kuba prezidenti Miguel Diaz-Canel

Kuba prezidenti Miguel Diaz-Canel Rusiya prezidenti Vladimir Putinlə və başqa rəsmilərlə görüşmək üçün Moskvaya gəlib. Hazırda hər iki ölkənin Soyuq müharibədən bəri Vaşinqtonla münasibətləri ən yüksək gərginlik həddinə çatıb.

Prezident postuna bu yaxınlarda xələfi Raul Castro tərəfindən təyin edilmiş Diaz-Canel Putinlə noyabrın 2-də Kremldə görüşməlidir.

Prezident Barack Obama-nın zamanında Vaşinqtonla Havana arasında münasibətlər normallaşmağa başlamışdı. Lakin Donald Trump prezident olandan bəri münasibətlər yenidən pisləşib və hətta Obama-nın qaldırdığı sanksiyaların bərpa olunması məsələsi gündəmə gəlib.

Noyabrın 1-də Ağ Ev Kubanı, habelə Venesuela və Nikaraquanı “tiranlıq troykası” adlandırıb və bu ölkələrə qarşı yeni sanksiyalar elan edib.

Bu arada BMT Baş Assambleyası ABŞ-ın Kubada insan haqlarını tənqid edən qətnaməsini böyük səs çoxluğu ilə rədd edib. Üstəlik Assambleya ABŞ-ı 11, 5 milyonluq Kuba xalqı üzərinə qoyulan iqtisadi embarqoya görə pisləyib.

Havana Soyuq müharibə illərində Moskvaya yaxınlığı ilə seçilirdi, lakin iki ölkə arasında bağların çoxu 1991-ci ildə Sovet İttifaqı çökəndən bəri qırılıb. Rusiya Kubaya SSRİ-nin göstərdiyi maliyyə dəstəyini verə bilmirdi.

Kubaya 52 ildə rəhbərlik etmiş Fidel Castro ABŞ-ın təzyiqinə tab gətirmək üçün Sovet İttifaqının himayəsinə sığınmışdı. Fidel Castro 2016-cı ildə vəfat edib.

Putin köhnə müttəfiqlə münasibətləri canlandırmaq məqsədilə Kubaya 2004 və 2014-cü ildə səfərlər edib. Bu ölkə Karib hövzəsində, Birləşmiş Ştatların cəmi 145 kilometrliyində yerləşir.

Rusiya rəsmiləri bu yaxınlarda Kubanın enerji və metallurgiya sektorlarını modernləşdirmək məqsədilə bir sıra kontraktlar imzalayıblar. Rusiya və Kuba habelə hərbi bağlarını möhkəmləndirmək niyyətlərini bəyan ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG