Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Rusiya silah şirkətinin rəhbəri milyonları öz bərbər qızına necə ötürüb


Rusiya hökuməti bildirib ki, KTRV adı ilə tanınan dövlət Tactical Missiles Corporation silah istehsalı şirkətində yüksək səviyyəli korrupsiyaya dair Novaya Gazeta qəzetinin iddialarını araşdırır.

Müstəqil Novaya Gazeta noyabrın 7-də yazıb ki, sözü gedən şirkətin direktorunun 29 yaşlı qızı bu dövlət təşkilatında böyük paya malikdir.

Qəzetin məqaləsində deyilir ki, KTRV-nin direktoru Boris Obnosovun qızı Olga Zorikova toylarda və moda şoularında makiaj ustası və bərbər kimi işləsə də, Zvezda-Strela adlı mürəkkəb sahibkarlıq sxemi vasitəsilə TRV-Engineering şirkətində 20 faiz paya sahibdir.

Məqalədə bildirlir ki, TRV-Engineering və KTRV arasında son beş ildə 91 milyon dollarlıq kontraktlar imzalanıb.

Qəzet bunu da öyrənib ki, TRV-Engineering firması KTRV-yə bağlı zavodla hər bir kontrakta görə 12 faiz broker haqqı alır. Bu da bildirilir ki, bir epizodda müdafiə təyinatlı zavoda gətirilmiş mallar saxta çıxıb.

Novaya Gazeta yazır ki, 65 yaşlı Obnosov prezident Vladimir Putinlə tez-tez görüşərək ona yeni silahlar barədə məsləhətlər verib.

Qəzet yazır ki, Obnosovun qohumları dövlətin son istehsaldan olan dəqiq silahlara ayırdığı vəsaitdən milyardlarla rubl xeyir götürüblər.

Nə Obnosov, nə də onun qızı qəzetin şərh üçün müraciətlərinə cavab verməyib.

Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, hökumət bu məqalədən xəbərdardır. Lakin sözçü ittihamlar barədə heç bir şərh verməyib. O bildirib ki, hüquq-mühafizə orqanları bu iddialarla bağlı cinayət işinin açılıb-açılmaması barədə qərar qəbul edəcək.

Məqalədə bu da bildirilir ki, TRV-Engineering-də daha 20 faiz paya malik Vladimir Maslensky həm də KTRV-də direktorlar şurasının üzvüdür. Maslensky də Novaya Gazeta-nın sorğularına cavab verməyib.

Əsası 2002-ci ildə qoyulmuş KTRV Rusiya silahlı qüvvələri üçün hipersonik silah sistemlərini, səma-səma tipli silahların sxemlərini və dəniz donanması silahlarının sistemlərini işləyib hazırlayır.

Novaya Gazeta bildirib ki, bir ay davam etmiş təhqiqatı ərzində KTRV-nin fəaliyyəti ilə bağlı ictimaiyyətə açıq olan mənbələrdən istifadə edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG