Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:08

KTMT-nin gələcəyi varmı – Qərb mediası


KTMT Tacikistan-Əfqanıstan sərhədini təftiş edir
KTMT Tacikistan-Əfqanıstan sərhədini təftiş edir

Müəllif qurumun nə üzvləri arasında, nə də kənarda populyar olduğunu yazır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hələ də özünü doğrultmaq şansı var. Bunun üçün ABŞ qüvvələri Əfqanıstandan çıxandan sonra effektli və koordinasiyalı iş ortaya qoymalıdır. Karnegi fondunun saytında Kiril Krivoşeyev bu haqda yazır.

Bu hərbi alyansa Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Müəllif qurumun nə üzvləri arasında, nə də kənarda populyar olduğunu yazır. “Səbəb onun üzvlərinə baha başa gəlməsi, yaxud aqressiv ekspansionist siyasəti deyil. Səbəb çox bayağıdır: onun haqqında az bilirlər”, – yazan müəllif son bir ildə KTMT-nin mövcudluğunun ekspert müzakirəsi səviyyəsindən daha geniş siyasi spektrə keçdiyini yazır.

İşə düşməyən 4-cü maddə

Əsas problemli məsələ ötən il 2-ci Qarabağ müharibəsi zamanı çıxıb. Azərbaycan 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Amma KTMT-nin münaqişəni əsasən gözardı etməsi Ermənistan cəmiyyətini narazı salıb. Onlar münaqişənin Azərbaycan ərazisində getməsilə bağlı KTMT-nin qanuni arqumentini qəbul etməyiblər.

Nəzəri olaraq, bu halda KTMT-nin 4-cü maddəsi işə salına bilərdi. Həmin maddədə deyilir ki, üzvlərdən birinə silahlı hücum bütün üzv ölkələrə hücum hesab olunacaq. Baş nazir Nikol Paşinyan bu ilin yazında elə bu maddəni əsas tutaraq KTMT-yə müraciət etdi. O zaman Ermənistan Azərbaycan əsgərlərinin onun ərazisinə girdiyini iddia edir, Azərbaycan isə sərhəd mövqelərini müəyyənləşdirdiyini deyirdi.

Amma rəsmi xahiş Düşənbədə nazirlər səviyyəsində sammitdə rədd edildi.

Qurumun son bir ildə üzləşdiyi digər problem isə apreldə Qırğızıstanla Tacikistan arasında yaranmış sərhəd konfliktidir. O zaman KTMT baş katibi Stanislav Zas tərəfləri barışığa çağırmışdı.

İmicini necə düzəltməli

Müəllif qurum üzvlərinin zaman-zaman KTMT-nin imicini yüksəltməyə, prinsipləri hərəkətə çevirməyə çalışdığını yazır. 2017-ci ildə Rusiyada KTMT-nin təkcə sərhədləri daxilində deyil, xaricdə də təhdidlərlə savaşmalı olması məsələsi qaldırılıb. O zaman Moskva müttəfiqlərindən Suriyaya kontingent göndərməyi xahiş elədi, amma bircə Ermənistan buna əməl etdi, “öz sadiqliyini göstərməyə çalışdı”.

Məqalədə KTMT-nin Əfqanıstanda yaranmış son vəziyyətlə əlaqədar koordinasiyalı fəaliyyət göstərərək özünü doğrulda yazır. Qurum bu il Tacikistanda üç, Rusiyada bir təlim planlaşdırır. Müəllifin fikrincə, Rusiya Əfqanıstanla bağlı riskləri önləmək üçün ardıcıl strategiya hazırlaya bilsə, KTMT-nin faydasına şübhələr xeyli azalar.

ABŞ qüvvələri Əfqanıstandan çıxarıldıqca Taliban silahlı qruplaşması ölkənin şimalında böyük ərazilər ələ keçirir. Amma iyulun 8-də qruplaşma təmsilçiləri Moskvaya səfər zamanı deyiblər ki, Orta Asiya ölkələrinin sərhədlərini pozmayacaqlar. Onlar Əfqanıstanda xarici diplomatik və konsulluq missiyalarının təhlükəsizliyinə də təminat veriblər. Bu haqda Rusiya XİN məlumat yayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG