Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:38

Erməni ekspertlər: KTMT təlim keçirir, amma Yerevanın istədiyi bu deyil...


KTMT-nin Ermənistanda keçirdiyi təlimlərdən birində (Arxiv fotosu)
KTMT-nin Ermənistanda keçirdiyi təlimlərdən birində (Arxiv fotosu)

Erməni ekspertlər hesab edirlər ki, Ermənistanla Azərbaycan arasında sərhəd böhranının davam etdiyi bir situasiyada bu manevlər yaranmış vəziyyətə adekvat deyil

AzadlıqRadiosunun Erməni xidməti – Azatutuyun yazır ki, Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) iyunun 4-də Ermənistanda hərbi təlimlərə başlayıb.

Lakin erməni ekspertlər hesab edirlər ki, Ermənistanla Azərbaycan arasında sərhəd böhranının davam etdiyi bir situasiyada bu manevlər yaranmış vəziyyətə adekvat deyil.

Hərbi ekspert Karen Ovannisyanın fikrincə bu təlimlər Azərbaycan üçün çəkindirici faktor ola bilər, amma Ermənistanın bu təşkilatdan istədiyi zəruri cavab deyil:

“KTMT Ermənistan Respublikasının sorğusuna cavab olaraq hərbi təlimlər keçirir...KTMT Ermənistanın sorğusuna niyə lazımınca reaksiya vermir? Belə təlimləri Ermənistanda hətta məlum hadisələr baş vermədən də keçirmək olardı. Düzünü deyirəm, mən onları bizim problemlərə qatmaq istəmirəm, amma bununla belə onları bu problemə qatmamaq absurd olardı. Mən yenə də öz fikrimdə qalıram ki, biz KTMT-yə hərbi təlimlərin keçirilməsi üçün yox, konkret bəyanat və hərəkət üçün müraciət etmişdik”.

“Qrom-2021”

KTMT-nin Ermənistanda keçirdiyi manevrlərin kod adı “Qrom-2021”-dir. KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov deyib ki, bu təlimlərdə zirehli texnikadan, xüsusi avtonəqliyyat vasitələrindən, aviasiyadan, PUA-lardan və axtarış irlərindən istifadə olunur.

Zaynetdinov bunu da bildirib ki, iyunun 1-3-də Ermənistanda bu təlimlərə hazırlığa dair qərargah müzakirələri olub.

Bu müzakirələrdə KTMT-nin xüsusi reaksiya qüvvələrinin formalaşdırılmasına dair razılıq əldə olunub.

Azatutyun yazır ki, Ernənistan Müdafiə Nazirliyindən təlimlərin harada keçirildiyinə dair məlumat ala bilməyib.

KTMT-yə Rusiyadan başqa Ermənsitan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildirlər.

“KTMT-nin sərhədi” pozulub

Azatutyun yazır ki, üç həftədən çox müddətdə Ermənistan və Azərbaycan sərhədində gərginlik davam edir.

Yerevan Bakını onun sərhədini pozmaqda və suveren ərazisinə müdaxilə etməkdə ittiham edir. Lakin Azərbaycan tərəfi bu ittihamı rədd edir və bildirir ki, Bakı dövlət sərhədinin müəyyənləşdirilməsi ilə məşğuldur.

Ermənistan bu məsələ ilə bağlı KTMT-yə müraciət etsə də, təşkilat hadisələrə qəti mövqe bildirməyib.

Siyasi şərhçi Akop Badalyan bildirir ki, Ermənistanın sorğusu cavabsız qalsa da, KTMT bunu cavab hesab edəcək:

“Gərginliyin dərəcəsinə və xarakterinə görə bu adekvat cavab deyil. Çünki biz faktiki olaraq KTMT üzvünün dövlət sərhədinin pozulmasının şahidi oluruq. Yəni söhbət KTMT-nin məsuliyyət zonasından gedir. Bu pozuntu hələ aradan qalxmayıb. Başqa ölkənin qoşunu hələ də ordadır. Belə şəraitdə KTMT-dən ən azı siyasi müstəvidə daha ciddi cavab tələb olunur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG