Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:32

Amerikalı konqresmen Mehman Hüseynovu dərhal azad etməyə çağırır


Chris Smith. Amerikalı konjqresmen
Chris Smith. Amerikalı konjqresmen

ABŞ-ın Helsinki Komissiyasının həmsədri, nümayəndələr palatasından olan konqresmen Kris Smit, (Chris Smith) yanvarın 11-də bəyanat yayaraq hazırda Azərbaycanda həbsdə olan gənc blogger Mehman Hüseynovu dərhal azad etməyə çağırıb.

“Mən təcili prezident Əliyevi Mehman Hüseynovu dərhal və şərtsiz azad etməyə çağırıram. Mehman Əliyev rejiminin korrupsiyasının ifşa etdiyinə görə iki ildir ki, həbsdədir. Hökumət iki həftə bundan əvvəl onun həbs müddətini uzatmaq üçün ona qarşı yeni ittihamlar irıli sürməklə, bu ədalətsizliyi daha da ağırlaşırıb. Prezident Əliyev rejimin söz azadlığına qarşı amansız kampaniyasında bu sonuncu rüsvayçı məqama son qoymaq üçün hərəkət etməlidir.”

Xatırlatma

Bloqqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloqqer ittihamı qurama sayır. O, yeni ittihamla üzləşdiyi gündən aclıq aksiyasına başladığını açıqlamışdı. Onun bu səbəbdən səhhətinin ağırlaşdığı bildirilirdi.

Yanvarın 7-də Mehman Hüseynovla görüşən vəkil Şəhla Hümbətova onun özünə istinadan mədə ağrılarına görə, artıq süd və süd məhsulları qəbul etdiyini açıqlayıb. Amma Penitensiar Xidmətdən isə bundan əvvəl bildirmişdilər ki, Mehman Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib və qida qəbul edir.

Yanvarın 8-də bloqqerlə görüşən Ədliyyə Naziri yanında İctimai Komitənin üzvləri də bildirmişdilər ki, o, açlıq aksiyası keçirmir. Onların deməsinə görə, Mehman Hüseynov süd və duru yeməklər qəbul edir.

Amma vəkil Şəhla Hümbətova bloqqerlə yanvarın 10-da yenidən görüşüb və belə bir açıqlama verib: “O dedi ki, qida qəbul etməyəcək, ancaq süd, meyvə şirələri içəcək. Həm də bunu martın 2-nə kimi, yəni, həbs müddəti başa çatana kimi davam etdirmək niyyətindədər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG