Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

Moskva Krım qızının şeirini niyə cinayət hesab edir?


Aliye Kenzhaliyeva
Aliye Kenzhaliyeva

AzadlıqRadiosunun müxbiri Tony Wesolowsky yazır ki, Aliye Kenzhalieva Rusiyada qələbə gününün qeyd edilməsindən əsas məqsədin İkinci Dünya Müharibəsində ölənlərin ruhunu yad etməkdən daha çox ölkənin hərbi qüdrətinin nümayiş etdirilməsi olduğunu deyir.

Odur ki, gənc Krım tatarı – şairə Kenzhalieva bu əminliyini şeirlə ifadə edib və şeir düz mayın 9-da Qırım (Krım) qəzetində dərc olunub.

Lakin Rusiya tərəfindən zorla ilhaq edilmiş Krımın yeni hakimiyyəti bu şeirdə böyük bir siyasi təhlükə görüb.

Kenzhalieva “faşizmə bəraət qazandırmaqda” ittiham edilir. Bu isə həbsxana cəzası ilə nəticələnə bilər.

Kenzhalieva özünə qarşı bu ittihamların tamamilə əsassız olduğunu bildirib:

"Mənim şeirim vəziyyətin absurdluğundan doğulub. Get, qoşul, bayram elə. Məncə bir çoxlarının hissiyyatı məhz belədir. Amma heç də hamı bunu ifadə edə bilmir. Şeirin belə bir qabiliyyəti var”.

Rusiya prezidenti Vladimir Putinin 2014-cü ilin mayında imzaldığı qanun “faşizmin cinayətlərinin və Sovet İttifaqının İkinci Dünya Müharibəsindəki rolunun danılmasını” cinayət əməli edir. Belə bir əmələ görə üç il müddətinə azadlıqdan məhrum edə bilərlər.

İnsan haqları müdafiəçiləri bu qanunun söz azadlığını məhdudlaşdırdığını deyirlər.

Şərhçilər deyirlər ki, Putin hökuməti İkinci Dünya Müharibəsindən Rusiya cəmiyyətini birləşdirmək üçün istifadə edir. Putin Sovet İttifaqının çökməsini “20-ci əsrin ən böyük faciəsi” adlandırıb.

İndi Rusiyada bu rəsmi xətdən çıxmaq riskli bir işdir.

Kenzhalieva artıq iki dəfə Simferopolda dindirilib.

İyunun 27-də Krımın Moskva tərəfindən qurulmuş yerli hakimiyyəti orta məkətbdə rus dili və ədəbiyyatı dərsi deyən şairəyə təhqiqat altında olduğu barədə xəbərdarlıq edib.

Müstəntiqlər deyiblər ki, Kenzhaliyeva-nın şeirləri müharibə qəhrəmanlarının ruhuna təhqirdir.

Lakin o deyir: “Mənim üçün Qələbə günü bayram yox, faciədir. Mən ölənlərin ruhuna hörmət edirəm və onların ölümünü bayram etmək üçün səbəb görmürəm”.

İyulun 2-də Rusiyada mediaya nəzarət edən Roskomnadzor şairənin işini İstintaq Komitəsinə göndərib.

Qırım qəzetinin 9 may sayı
Qırım qəzetinin 9 may sayı

İstintaq Komitəsi onun “nifrəti qızışdırması” ittihamı ilə razılaşmasa da, bildirib ki, şeirlərdə “nasizmə bəraət” elementləri var.

Müstəntiqlər Qırım qəzetinin redaksiyasına reyd keçirəndə onun bağlı olduğunu görüblər. İndi bu qəzet həftədə bir dəfə çıxır və əməkdaşlar işə həftədə üç gün gəlirlər.

Kenzhaliyeva-nın vəkili Aleksei Ladin qadının təqib olunmasını “əcinnə ovu” adlandırıb.

Qırım qəzetində mayın 9-da dərc olunmuş şeirdə Kenzhaliyeva “Qələbə gününün militaristləşdirilməsindən kədərini bildirir, ana vətəni Krımı vəsf edir”.

İnsan haqları fəalları bildirirlər ki, Moskva Krım uşaqlarını getdikcə daha çox militaristləşdirir. Vladimir Putinin 2016-cı il sərəncamı ilə YunArmiya – Gənc ordu təşkilatı qurulub. 2018-ci ilin məlumatına görə onun 190 min üzvü var.

Bu təşkilata 10 yaşından böyük uşaqlar qəbul edilir, xüsusi düşərgələrdə onlara silah işlətmək təlimi verilir, siyasi ideologiya aşılanır.

"Qırım" qəzetinin baş redaktoru Bekir Mamutov.
"Qırım" qəzetinin baş redaktoru Bekir Mamutov.

Qırım qəzetinin redaktoru Bekir Mamutov Kenzhaliyeva-ya qarşı ittihamlardan şoka düşdüyünü deyir:

"Bu onun düşüncələri, mühüm tarixi hadisələrə poetik yanaşmasıdır. Amma birdən birə bu hissiyyat hansısa cinayət maddəsi ilə ittiham olunur. Bu 21-ci əsrdə ağla gələn bir şey deyil”.

İnsan haqları müdafiəçiləri deyirlər ki, Moskva bu torpağın köklü sakinləri olan tatarları təqib edir. Onların arasından çıxan siyasi fəallara isə “terrorçu” damğası vurulur.

Vəziyyət ciddidir. Kenzhaliyeva-nın ittiham olunduğu maddə ilə indiyədək 10 nəfər məhkum edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG