Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 19:50

Krım tatar liderləri Avropanı Rusiya üzərinə daha sərt sanksiyalara çağırırlar


Krım tatar liderləri Axtem Çiygöz (solda) və İlmi Umerov

Sürgün edilmiş Krım tatar liderləri Axtem Çiygöz və İlmi Umerov Avropa İttifaqını Rusiya üzərinə 2014-cü ildə Krımın ilhaqından sonra qoyulmuş sanksiyaların saxlanmasına və genişləndirilməsinə çağırıblar.

Avropa İttifaqı Rusiya üzərinə onun neft və hərbi sənayesini hədəfləyən iqtisadi sanksiyaları Moskvanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi və Ukraynanın şərqindəki separatçıları dəstəkləməsi ilə əlaqədar qoyub.

Yanvarın 24-də Avropa Parlamentinin insan haqları alt komitəsində çıxış edən Umerov avropalı deputatlara deyib ki, Rusiya üzərindəki sanksiyalardan heç biri qaldırılmamalıdır. O habelə deyib ki, Rusiya barəsində yeni hesabatlara və qətnamələrə ehtiyac var. Umerov bunu da deyib ki, Moskvanın keçirdiyi bütün mədəniyyət tədbirləri boykot olunmalıdır.

Avropa İttifaqı habelə Krım və Rusiyadan olan 200-dən çox şəxsin aktivlərini dondurub və onlara viza qadağanı qoyulub. Aİ eyni zamanda Krıma investisiyalar qoyulmasını qadağan edib.

Rusiya üzərinə qoyulmuş sanksiyalar müntəzəm olaraq yenilənsə də, Aİ-nin bəzi üzvləri Rusiyaya qarşı sanksiyalar siyasətinin səmərəliliyini sual edirlər. Onlar deyirlər kİ, sanksiyaların qaldırılması Rusiya-Avropa münasibətlərini yaxşılaşdırardı.

Çiygöz deyib ki, Rusiya üzərinə qoyulmuş sanksiyalar “yumşaqdır”.

Çiygöz və Umerov Krımda həbs olunmuşdular və oktyabr ayında Rusiya məhkəməsinin qərarı ilə azad ediliblər.

Çiygöz qanunsuz nümayişlərin təşkilatçılığında ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Umerova isə separatçılıq ittihamı ilə 2 il iş kəsilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG