Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:00

Kreml Evo Moralesə dördüncü müddətə prezident olmaqda kömək edir


Rusiya prezidenti Vladimir Putin (sağda) Evo Moraleslə bu ilin yayında Moskvada görüşərkən
Rusiya prezidenti Vladimir Putin (sağda) Evo Moraleslə bu ilin yayında Moskvada görüşərkən

Boliviyanın Kreml tərəfindən dəstəklənən prezidenti Evo Morales ölkədə fövqəladə vəziyyət elan edib.

O ötən bazar keçirilmiş prezident seçkisində liderdir və Los Tiempos qəzetinin yazdığına görə seçki nəticələrinin saxtalaşdırılmasına qarşı mümkün nümayişlərin qarşısını almağa çalışır.

Oktyabrın 21-də keçirdiyi mətbuat konfransında Morales deyib ki, ölkədə dövlət çevrilişinə cəhd edilib.

Lap Putinin özü kimi

Konstitusiya Moralesə dördüncü müddətə namizədlik verməyi qadağan edirdi, lakin ona Rusiyadan olan siyasi texnoloqlar dəstək veriblər.

Konstitusiyaya müvafiq dəyişikli 2017-ci ildə edilib:

AzadlıqRadiosunun Rus xidməti Proyekt nəşrinə istinadən yazır ki, sözü gedən siyasi texnoloqlar Boliviyaya Kremlin və Rosatom dövlət korporasiyasının iştiraki ilə göndəriliblər.

Boloviyada prezident seçkisi oktyabrın 20-də olub və hazırda səslərin 46, 85 faizinə sahib olduğu deyilən Morales liderdir. Ona ən yaxın rəqib, keçmiş prezident Carlos Mesa səslərin 36, 74 faizini qazanıb.

10 faizlik fərq Moralesə seçkini elə birinci turda udmaq imkanı verir.

Müxalifət hesab edir ki, seçki nəticələri saxtalaşdırıla bilərdi. Beləki seçki günü səslərin sayılması səbəbi izah olunmadan dayandırılıb və bu fasilədən sonra Moralesə verilən səslərin sayı kəskin artıb.

Oktyabrın 20-də, Boliviyada müxalifətin etirazları başlanıb. Ölkənin ən böyük şəhəri La-Pasda seçki saxtalaşdırmasına etiraz edən 100 minlik nümayiş keçirilib.

Rosatomun xarici siyasət fəaliyyəti

Rusiyanın Proyekt layihəsi bildirir ki, Boliviyada bütün yayı və payızın əvvəllərində Rosatomun missiyası işləyib. Üç bir-birindən ayrı mənbədən alınan məlumata görə bu missiyanı Kremldən idarə edirdilər.

Rosatom La-Pas yaxınlığında dəyəri 300 milyon dollar olan nüvə mərkəzi tikir. Bu layihə 50 il üçün nəzərdə tutulub. Şirkətdə narahat idilər ki, hakimiyyətin dəyişməsi bu layihəni təhlükə altında qoya bilər.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, Boliviyaya göndəriləcək on nəfərlik qrupu yanvar ayından formalaşdırmağa başlamışdılar.

Bu işə Rusiyanın regional şirkətlərində əmək təcrübəsi olanları qəbul edirdilər.

Kadrların seçilməsinin koordinasiyası ilə Rosatomun keçmiş başçısı, prezident administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkonun əməkdaşları məşğul idilər.

Belə görünür ki, bu adamların vəzifəsi sosial şəbəkələrdə iş, məlumatların monitorinqi və təbliğat idi.

Rosatom bu xəbərləri Proyekt layihəsinə şərh etməkdən boyun qaçırıb.

Kreml Boliviyaya siyasi texnoloqların göndərilməsinə dair məlumatları bir qayda olaraq təkzib edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG