Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 04:28

Tələbələrə güzəştsiz, girovsuz kredit


►“Maarifçi” Tələbə Kredit Fondunun rəsmisi Rüfət Mahmud deyir ki, 300 tələbənin kredit almaq imkanı var

Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr artıq kredit almağa başlayıblar.

Özü də girovsuz və zaminsiz, üstəlik, aşağı faizlərlə. Krediti isə məzun olduqdan sonra 5 il ərzində ödəyəcəklər. Hələlik, ilk kreditləri 22 tələbə alıb.

Krediti verən təşkilat “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud bununla bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb:

Rufət Mahmud: Kredit girovsuzdursa, risklər daha da artır
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00
Direct-ə keçid

– Rüfət bəy, əvvəlcə, fondun statusunu müəyyənləşdirək. Fond Təhsil Nazirliyinin nəzdindədir, ya müstəqil fəaliyyət göstərir?

– “Maarifçi” Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə, ancaq bir neçə universitet tərəfindən təsis edilib. Qeyri-hökumət təşkilatı kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Müstəqil fəaliyyət göstərir, təsisçi ali məktəblərin təmsilçilərindən ibarət Himayəçilər Şurası formalaşıb. Təşkilat Şura tərəfindən idarə olunur, gündəlik işləri isə icraçı direktor aparır.

– Təsisçilər ölkədə fəaliyyət göstərən bir neçə universitetdir. Tibb Universiteti, Gəncədəki Aqrar Universitet və onlarla digər ali təhsil müəssisəsi təsisçi sırasında deyil. Bu isə həmin müəssisələrin tələbələrinin Fondun kredit imkanlarından yararlanmaması deməkdir. Fond yaradılarkən təşəbbüs qrupuna bütün ali məktəblər dəvət olunubmu? Təsisçilərin dairəsi genişlənə bilərmi? Bunun üçün hansı şərtlər qoyulub?

– Fond yaradılarkən universitetlərin çoxuna məlumat verilmişdi, buna dəstək verən 10 universitet oldu. Hazırda Lənkəran Dövlət Universiteti qoşulmaq üçün bizə müraciət edib, başqa maraq göstərənlər də var. Fonda qoşulmağa hər zaman imkan var. Qarşılarında heç bir şərt də qoyulmur. Sadəcə, Fonda müəyyən sayda tələbə yeri açılır.

– Fond özəl ali təhsil müəssisələrinə də açıqdırmı?

– Əlbəttə. Fonda maraq göstərən ali təhsil məktəbləri arasında özəllər də var.

– Kredit şərtləri ilə bağlı saytınızda geniş məlumat vermisiz. 2, 3, 4-cü kursda oxuyan və ailəsinin illik gəliri 10 min manat və ya bundan az olan tələbələr kredit götürə bilərlər. Əvvəlcə, buna aydınlıq gətirək, Azərbaycanda maaşlar və real gəlirlər arasında fərq olduğu hətta rəsmi səviyyədə də etiraf olunub. Bu halda tələbənin təhsil haqqını ödəyə bilməyəcəyi başqa hansı yollarla sübuta yetiriləcək?

– Fond bir maliyyə institutudur, özü sosial yönümlü olsa da, burdakı vəsaitlərdən daha çox tələbənin faydalanmasına çalışılır. Fikrimcə, bu fond geniş xərci olan quruma çevrilməməlidir, çox aşağı əməliyyat xərcləri olmalıdır, məhdud sayda adam işləməlidir. Dediyiniz hallarla üzləşməməkdən ötrü biz daha artıq pul xərcləməliyik, yəni daha çox işçi, proqram və s. olmalıdır ki, ailənin real gəlirini təkcə sənədlərlə yox, başqa üsullarla da öyrənək. Ailənin qeyri-rəsmi gəlirlərini aşkar etməyin mexanizmləri var, amma bunlar Fonda əlavə xərclər yarada bilər. Bu gün biz ailənin gəliri haqqında rəsmi arayışlar edirik və Himayəçilər Şurası bunun əsasında qərar verir.

– Tələbə nə qədər məbləğdə və neçə il kredit ala bilər? Bunu bir xəyali tələbənin timsalinda şərh edə bilərsinizmi?

– Əvvəlcə onu deyim ki, kreditə ehtiyac olan tələbə kredit üçün hər il yenidən müraciət etməlidir, yəni birdəfəlik bir neçə illik kredit götürə bilməz. Müraciət zamanı əvvəlki illərin göstəricilərini təqdim etməlidir. Tələbənin göstəricisi meyarlardan biridir. Orta illik kredit xətti 4 min manata qədərdir. Tələbə ali məktəbi bitirəndən sonra bir il ərzində iş təminatına vaxt alır, oğlandırsa, hərbi xidmətə əlavə bir il də möhlət verilir. İşləməyə başlayandan sonrakı 5 il ərzində hər ay kreditini qaytarmağa başlayır. Bu, standart paketə aiddir, güzəştli paket götürən tələbə isə 10 ay ərzində 6 faizlə krediti qaytarır.

____________________________________________________________

Bunlara da bax:
'Ayaqsız' dilənçi ifşa olundu- [Video]
Zaqatalada uşaq ölümü – günah öləndədir?

____________________________________________________________

– Kredit girovsuz və zaminsizdir.Güzəştli kreditdə borcun ödənişi tələbənin məzun olmasından sonraya saxlanır. Məzun olduqdan sonra tələbənin aldığı krediti qaytarmasının hansı təsir mexanizmləri var? Standart kreditdən faydalanan tələbələr krediti qaytara bilməsə, borcun ödənilməsindən ötrü hansı mexanizmlər mövcuddur?

– Təbii ki, kredit girovsuz və zaminsizdirsə, risklər də böyükdür. Hətta girov və ya zaminlə kredit verən kommersiya bankları belə onun qaytarılması ilə bağlı problemlər yaşayırlar. Biz ona hesablamışıq ki, təhsilini başa vurandan sonra bir mütəxəssis olan tələbə öz karyerasına kreditlə bağlı neqativ amil yazmayacaq. Üstəlik, kreditin geri qaytarılması üçün məhkəmə imkanları da var və Fond da bundan istifadə edə bilər. Ancaq bir məsələ də var, məzun olandan sonra indiki tələbə elə böyük məbləğdə pul ödəməli olmayacaq ki, bu ona çətin gəlsin. Məsələn, illik 2 min manat kredit alan tələbənin məzun olandan sonra ödəyəcəyi aylıq məbləğ 100 manat civarındadır.

– Kredit alan məzunların iş tapma imkanları nə qədər realdır?

– Fondun məzunları işlə təmin etmək kimi vəzifəsi yoxdur. Ancaq mümkündür ki, gələcəkdə Fond özəl iş qurumları ilə əməkdaşlıq etsin və kreditdən yararlanan tələbələrdən ötrü gələcək tərəfdaşlarla bir proqram işlənib hazırlansın.

– Fondun maliyyə mənbələri hardan formalaşır və hazırda nizamnamə fondu və kredit portfeli nə qədərdir?

– Nizamnamə fondu 10 min manatdır. Kredit portfeli isə təsisçi universitetlər tərəfindən ayrılan qeyri-maddi formada tələbə yerləridir. Bu il üçün 300 tələbə yeri ayrılıb. Krediti orta hesabla 2 min manatdan götürsək, hazırda bu, 600 min manat kredit portfeli deməkdir.

– Yəni bu 600 min manat bir neçə ildən sonra ödəniləcək? Ali məktəblər tələbənin xərcini özündən qarşılayır, düzmü anladıq?

– Bəli, Fondun kapitallaşması bir neçə ildən sonra başlanacaq.

– Kredit müraciətlərinin cavablandırılması dövriliyi necə olacaq?

– Bu il üçün bir dəfə nəzərdə tutulub, ancaq ola bilsin ki, gələcəkdə hər semestr müraciətləri qəbul edək.

– Fondun müvəkkil bankları hansı şərtlərlə seçilib və hansılardır?

– Fondun hazırda bir müvəkkil bankı var, o da “Kapital bank”dır. O da hələ ki, kassa rolunu oynayır.

Buna da bax: Maşınsatan: Diz çöküb yalvardıq, mağazamızı sığortalamadılar

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG