Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 12:29

Kredit portfeli yenə azalıb


2019-cu il yanvarın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,602.9 mln. manat, cəmi öhdəlikləri isə 25,485.6 mln. manat olub.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının martın 1-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, sektorun balans kapitalı 4,117.3 mln. manata bərabər olub.

2019-cu ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.3 faiz (100.4 mln. manat), öhdəlikləri 0.2 faiz (55.0 mln. manat), balans kapitalı isə 1.1 faiz (45.4 mln. manat) artıb. Bankların kredit portfeli 12,541 mln. manat təşkil edib.

Bir ay əvvəl bankların kredit portfeli 12,628.3 mln. manat olmuşdu. Onda kredit portfelinin 3.7 faiz, illik isə 11.4 artdığı açıqlanmışdı.

Məlumatda vurğulanır ki, 2019-ci ilin yanvar ayında fiziki şəxslərin əmanətləri 7,980.7 mln. manat təşkil edib. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan müddətli əmanətlər 0.4 faiz (21.1 mln. manat) artaraq 5,500.1 mln. manata çatıb.

Palata habelə qeyd edir ki, yanvar ayında bankların əməliyyat mənfəəti 78.2 mln. manat, xalis mənfəəti isə 42.6 mln. manat olub.

Hazırda ölkədə 30 bank fəaliyyət göstərir. 2019-cu ilin ilk ayında işçi sayının 173 nəfər artaraq 17 588 nəfərə çatdığı bildirilir.

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib.Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Ölkədə 10-dan çox bank bağlanıb.

Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

XS
SM
MD
LG