Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Zamin durduğuna görə 10 gün həbs düzgündürmü? [video]


Kredit borcu olanları həbs təhlükəsi gözləyir?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Kredit borcu olanları həbs təhlükəsi gözləyir? [A-Live]

Zamin durduğuna görə, ya da özünün kredit borcu olduğuna görə adamı həbs etmək olarmı?

Hüquqşünaslar bunun qanunsuz olduğunu desələr də, belə həbslər davam edir.

Leyla Tağıyeva deyir ki, Səbail rayon məhkəməsi, onun bacısı 47 yaşlı Lalə Bünyatovanı oktyabrın 17-də həbs edib, 10 sutka cəza verib. O, deyir ki, bacısı dörd il əvvəl kredit götürən bir nəfərə bankda zamin durmuşdu:

Buna da bax:​ Sahibkarlıq cinayəti ilə bağlı maddələr ‘zənginləşdirilir’

"Bu, əlbəttə ki, ədalətsizdir. Çünki mənim bacımın yaşadığı ünvan var. İş yeri var. Pul istəyirdilər gərək onun maaşından çıxardılar. Qadın xeylağını aparıb salıblar türməyə, bu, düzgündürmü?!"

Lalə Bünyatovanın işindən apelyasiya şikayəti verilib.

Bank üzrə hüquqşünas Əkrəm Həsənov deyir ki, bank borcunu qaytara bilmədiyinə görə ayda 10 nəfərə qədər adam həbs olunur. Onun fikrincə, bu, qanunsuzdur. Qanun yalnız borcunu qəsdən qaytarmayanları həbsə imkan verir.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Qanun yalnız o halda həbsə imkan verir ki, borcalanın imkanı olsun, amma qaytarmasın.

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

Hüquqşünasın sözlərinə görə, ara-sıra həbslərin məqsədi başqa borcluların gözünü qorxutmaqdır ki, onlar da olar-olmazlarını satıb, həbsdən canlarını qurtarsınlar.

Əkrəm Həsənov deyir ki, bu hallar cəmiyyətdə stressi, narahatlığı artırır.

Milli Məclisin deputatı Vahid Əhmədovun sözlərinə görə, qaytarıla bilməyən kreditlərin həcmi təqribən 1,8 milyard manatdır. Keçən il bu, 1,6 milyard manat idi.

Adamların krediti qaytarmalarına mane olan nədir? Bu sualı Bakıda sakinlərdən soruşmuşuq.

Adamlar kredit borcunu niyə ödəmirlər? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]

Milli Məclis isə kreditlərin qaytarılması ilə bağlı cəzaları dəyişməyi təklif edir. Bu haqda bir azdan danışacağıq, hələlik günün başqa xəbərlərinə keçək.

Milli Məclisin deputatı Vahid Əhmədov AzadlıqRadiosu-na müsahibəsində deyir ki, bank borcuna görə vətəndaşın həbs olunması düzgün deyil, onlara vaxt vermək lazımdır. O, Lalə Bünyatovanın durumu ilə bağlı konkret şərh verə bilməyəcəyini, bunun məhkəmənin işi olduğunu bildirir.

Vahid Əhmədov
Vahid Əhmədov

Hazırda Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə bildirilir ki, borcunu, imkanı olduğu halda qəsdən ödəməyənlərin həbs cəzası üç ildən iki ilə endirilsin.

Deputatın sözlərinə görə, məhkəmələrdə qaytarıla bilməyən kreditlərlə bağlı 100 minlərlə iş var və problemli kreditlər durmadan artır:

"Bu çox ciddi məsələdir. Həm maliyyə bazarlarımıza ciddi problem yaradır, milli iqtisadiyyatımıza zərbə vura bilər. İkincisi də bu, get gedə artır".

Buna da bax: Camal kişi: 'Qocalanda heç kimə möhtac qalmamaqçün mənim kimi yaşa'

Problemli kreditlərlə bağlı durumun analizi, kreditlərin qaytarılması səbəblərinin araşdırılması, durumla bağlı çıxış yolunun hazırlanması Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb. Vahid Əhmədov bildirir ki, palata hələ ki, ciddi bir addım atmayıb. Palata AzadlıqRadiosu-nun da gün ərzində suallarına cavab vermədi.

Ölkədəki problemli kreditlərin neçə faizi fiziki şəxslərin, nə qədəri sahibkarların payına düşür? Hüquqşünas Əkrəm Həsənov deyir ki, bu sualın cavabını hökumət açıqlamır. Amma onun ehtimalına görə, fiziki şəxslərin payına düşən cüzidir, əsas borclular – sahibkarların, xüsusilə də məmurlara bağlı sahibkarların həbsi hallarına isə rast gəlinmir.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

Dünya Bankı isə Azərbaycan hökumətinə kreditləri silməyi təklif edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG