Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:18

Səudiyyə kralının “gizli arvadı”na 25 milyonluq təzminat


Mərhum Səudiyyə kralı Fəhd
Mərhum Səudiyyə kralı Fəhd

Britaniyada Ali Məhkəmə keçmiş Səudiyyə kralı Fəhdin “gizli arvadı” olduğunu iddia edən qadına 25 milyon funt sterlinq məbləğində təzminat kəsib.

68 yaşlı Canan Hərb adlı qadının iddiasında deyilirdi ki, mərhum kralın oğullarından biri ona “ömrü boyu maddi təminat” vədi verib.

“İnandırıcı iddia”

Britaniya mətbuatı yazır ki, məhkəmənin hökmünə görə xanım Hərb 15 milyon funt sterlinq və əlavə olaraq Londonun Chelsea rayonundakı iki evin dəyəri əvəzində 10 milyon funt sterlinq almalıdır.

Xanım Hərb kralla gizli olaraq 1968-ci ildə evləndiyini iddia edib. O zaman Fəhd hələ şahzadə idi.

İşə baxan hakim Peter Smith deyib ki, mərhum kralın oğlu şahzadə Abdul Əzizin, monarxın ölümündən iki il əvvəl, onun xəstə olduğu 2005-ci ildə, Londonun Dorchester otelində xanım Hərbə “ömürlük maddi təminat” vəd etməsi “inandırıcıdır”.

Hakim bildirib ki, o vaxt xanım Hərbə 12 milyon funt sterlinq və Londonun dəbdəbəli Chelsea rayonunda iki mənzil vəd olunub.

Cavabdeh şahzadə Abdul Əziz iddianı yazılı şəkildə rədd etmişdi.

Məhkəməyə hörmətsizliyə görə 25 min funt

Fələstin doğumlu Canan Hərb məhkəməyə deyib ki, onların mərhum kralla evlənməsinə monarx ailəsi mane olub, çünki qadın xristian dininə mənsub idi. O həmçinin iddia edib ki, keçmiş kralla “məxfi kəbin” mərasimi onun İslamı qəbul etməsindən sonra baş tutub.

Şahzadə Abdul Əziz məhkəməyə media diqqətindən çəkinərək gəlməsə də, “ədalətə hörmətsizliyinə” görə daha 25 funt sterlinq cərimə olunub.

Məhkəmə çəkişməsinə 10 il əvvəl başlayan xanım Hərb bəyanatında “Britaniya ədliyyəsinə şükr edib”.

Qadın deyib ki, şahzadə onun Səudiyyə məhkəməsinə müraciət etməsini məsləhət görmüşdü və bu məsləhəti rədd etməklə ağıllı iş gördüyü bəlli olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG