Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Ukraynadan su gəlmir, Krımda ‘yağış ibadəti’ keçirirlər


Simferopol kilsələrindən birində
Simferopol kilsələrindən birində

Rusiyanın Interfax agentliyi xəbər verir ki, yarımadanın “baş prelatının” göstərişi ilə Simferopol və Krımın məbədlərində “yağış üçün ibadətlərin” keçirilməsinə başlanıb.

Kilsədən Interfax agentliyinə deyiblər ki, belə dua mərasimlərinin keçirildiyi ilk dəfə deyil və bunu adətən hakimiyyət orqanlarının yeparxiyaya müraciəti əsasında edirlər.

Xəbər verilir ki, Rusiya tərəfindən ilhaq edilmiş Krımda qışın qarsız və yağışsız keçməsi qarşıdan gələn aylarda fəlakətli quraqlıqla nəticələnə bilər.

Rəsmilər bildirirlər ki, Simferopolun su anbarlarında cəmi 90-100 günlük su ehtiyatı qalıb.

Lakin bunun ardınca Krım Respublikası “nazirlər şurasının sədri” Yury Gotsanyuk dəqiqləşdirib ki, “ötən gecə ərzində Simferopol su anbarına 732 min kubmetr su daxil olub və nəticədə su anbarı tam tutumunun 33 faizi qədər dolub”.

Partizanskoye və Ayanskoye sututarlarında da suyun həcmi 32-34 faiz təşkil edir.

Gotsanyuk deyib ki, buna baxmayaraq hakimiyyət orqanları bütün ssenarilərə hazır olmalıdır.

Bu, ilk növbədə suyun evlərə vaxt cədvəli ilə verilməsindən ibarətdir.

Kütləvi informasiya vasitələri fevralın 5-də xəbər vermişdi ki, fevralın 10-dan Simferopolda evlərə sutkada, 4 saat səhər və 4 saat axşam olmaqla, yalnız 8 saat ərzində su veriləcək.

İsti suyun isə həftəiçi günlərdə ümumiyyətlə dayandırılması planlaşdırılır.

Su və ərazi bütövlüyü

Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilənədək Krım əhalisinin suya ehtiyacının 85 faizini Şimali Krım kanalı verirdi. Bu kanala su Ukrayna ərazisindən gəlirdi.

Lakin yarımadanın ilhaqından sonra Ukrayna suyun verilməsini dayandırıb.

O vaxtdan bəri Kiyev rəsmi mövqeyini dəyişmir. Su yalnız Ukraynanın ərazi bütövlüyü bərpa olunduqdan sonra veriləcək.

Hazırda Krımın su anbarları yalnız 37 faiz doludur və bu, yalnız iyun ayına qədər yetərli ola bilər.

Ən ciddi su qıtlığının yarımadanın əsas şəhəri Simferopolda olacağı gözlənilir.

Rusiyada təbii fəlakətlər zamanı ilahi qüvvələrə dua etmək ənənəsi var.

2016-cı ildə Omsk vilayətinin sakinləri qayıqlarla xaç yürüşü etmişdilər. Qayıqlardan birində ikona qoyulmuşdu.

Lakin bu yürüşün iştirakçıları, əksinə, Allahdan daşqını dayandırmasını istəyirdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG