Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

Bütün işləri korlamış sərxoş KQB casusunun hekayəsi


Sovet casusu Oleg Lyalin necə ifşa olunub. İllüstrasiya. 1971
Sovet casusu Oleg Lyalin necə ifşa olunub. İllüstrasiya. 1971

KQB əməkdaşının şəxsi həyatındakı problemlər 1971-ci ilin sentyabrında Sovet İttifaqı üçün Soyuq müharibənin ən iri casus qalmaqallarından biriylə sonuclanıb, 105 diplomatı Böyük Britaniyadan deportasiya olunub.

Bu hadisədən sonra SSRİ artıq nə öz casus şəbəkəsini bərpa edə, nə də həmin KQB əməkdaşını məsuliyyətə cəlb edə bilib. Lyalin qalmaqalından Qərbin bütün KİV-lərində söz açılsa da, SSRİ-də ümumiyyətlə hiss olunmayıb.

İKİLİ AGENT

Uzun müddət hesab olunurdu ki, 34 yaşlı KQB agenti Oleg Lyalin sərxoş vəziyyətdə maşın sürərkən həbs olunandan sonra öz toxunulmazlığı əvəzində SSRİ-nin Böyük Britaniyadakı casus şəbəkəsinin və diversiya planlarının üstünü açıb. Ancaq bu yaxınlarda aşkarlanmış arxiv materiallarından bəlli olub ki, əslində, sovet agentura şəbəkəsinə qarşı aksiya illərlə hazırlanıb və səylə planlaşdırılıb. Ancaq MI5-dən (Britaniyanın əks-kəşfiyyat idarəsi) narazı Lyalin-in çıxardığı bu hoqqa əməliyyatı vaxtından əvvəl işə salıb. Üstəlik, Lyalin artıq bir neçə ay imiş ki, ikili agent kimi çalışırmış.

Buna da bax: Postsovet məkanında KQB arxivləri necə açılır

Onun sayəsində casusluğunun üstü açılmış SSRİ vətəndaşları arasında ticarət nümayəndəliyi, sovet səfirliyi, İnturist, Moskva xalq bankının London filialı, Soveksportfilm (indiki "Roskino"), "Aeroflot" və başqa ticarət şirkətlərinin əməkdaşları olub.

"Sənin mənimlə belə danışmağa ixtiyarın yoxdur, mənə toxunmağa ixtiyarın yoxdur – mən KQB zabitiyəm", – deyə sərxoş Lyalin polis maşınında qışqırırdı.

Federal Təhqiqat Bürosunün sevet casusu Oleg Lyalin barədə daxili yazışması
Federal Təhqiqat Bürosunün sevet casusu Oleg Lyalin barədə daxili yazışması

Polis əməkdaşı Charles Shirer sonradan BBC-yə müsahibəsində o zaman bu sözlərə əhəmiyyət vermədiyini demişdi. Ancaq bir neçə gündən sonra sovet casusunun adı və şəkilləri bütün qəzetlərdə çıxmışdı. Onun çıxardığı oyun isə beynəlxalq qalmaqala yol açmışdı. Açıq informasiya mənbələrində bu KQB agenti haqda çox az məlumat var. Onun həyatı haqda əsas məlumatlar Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və MI5-in arxivlərində saxlanılır. Bu məlumatlar 2018-ci ilin fevralında açılıb.

Buna da bax: Azərbaycan tarixçiləri Bağırov cinayətlərinə necə haqq qazandırır...

CASUS HAZIRLIĞI

1916-cl ildə Stavropolda doğulmuş Lyalin KQB-nin bir neçə məktəbində hazırlıq keçib. 60-cı illərdə onu sovet ticarət nümayəndəliyinin tərkibində gizli casus kimi Londona göndəriblər.

Lyalin bu günə qədər ən qapalı məktəblərdən sayılan, çekistlərin öz yazışmalarında "101-ci" adlandırdıqları ali kəşfiyyat məktəbində (Vladimir Putin də bu məktəbin məzunudur) oxuyub, sonradan KQB-nin Beşinci idarəsində hazırlıq kursu keçib, partizan taktikalarını, radiokommunikasiyaları, paraşütlə tullanmağı və partlayıcı maddələrlə işləməyi öyrənib.

Lyalin sonradan Britaniya əks-kəşfiyyatçılarına danışıb ki, sovet xüsusi xidmətləri ölkədə siyasi böhrana yol aça biləcək vəziyyət yaratmağı planlaşdırırmış. Lyalin-in verdiyi ifadələrə görə, KQB-nin planları arasında Şotlandiyanın cənubundakı Holi Lox körfəzində suyu radioaktiv maddələrlə zəhərləmək də varmış. O zaman orada ABŞ donanmasının bazası yerləşirdi. Radiasiya isə təkcə dənizi yox, həm də qrunt suları vasitəsilə sahildə içməli suyu da çirkləndirməli idi. Ancaq bu planın icrasına əmr verilməyib.

Məlum olub ki, Lyalinin Britaniya kəşfiyyatıyla əməkdaşlığa getməsi onun ticarət nümayəndəliyinin katibi Irina Teplyakova ilə sevgi macərasıyla bağlı imiş.

Buna da bax: Ədalət Tahirzadə: 'Meydanda olanlar Bəxtiyar Vahabzadədən narazılıq etdilər'

ONU TUTA BİLMƏYİBLƏR

Sovet mətbuatı bu qalmaqalı işıqlandırmayıb. Ancaq 90-cı illərin ortalarında yazırdılar ki, MI5 agentləri Lyalin-in öz rəisinin həyat yoldaşı ilə sevgi romanı yaşamasını öyrənib onu şantaj edərək 1971-ci ilin mayında Britaniya kəşfiyyatı ilə əməkdaşlığa məcbur ediblər. Onlar Lyalin-i sirrinin üstünü açaraq KQB-ni və Rusiyada qalmış həyat yoldaşını məlumatlandıracaqları ilə hədələyərək, bir neçə ay ərzində ondan raportlar və digər "casusların" adlarını alırlarmış. Başqa bir versiyaya görə isə, Teplyakova o vaxt artıq Britaniya əks-kəşfiyyatına işləyirmiş.

Sovet əks-kəşfiyyatının keçmiş rəisi Oleg Kalugin öz memuarlarında yazır ki, insidentdən az sonra KQB rəhbəri Yury Andropov şəxsən Lyalin-in məhvinə əmr verib. Ancaq agentlər onu tapa bilməyiblər. Həm Lyalin-ə, həm də Teplyakova-ya yeni sənədlər verilib, bəzi məlumatlara görə isə, onlar zahiri görkəmlərini də dəyişdiriblər.

Sovet casusu Oleg Lyalin ifşa olundu. İllüstrasiya. 1971
Sovet casusu Oleg Lyalin ifşa olundu. İllüstrasiya. 1971

Lyalin Londondakı ABŞ səfirliyində, Shell neft şirkətinin tədqiqat şöbəsində, bir çox beynəlxalq təşkilatlarda işləyən sovet agentlərinin və informatorlarının adlarını açıqlayıb. Bundan başqa o, ABŞ, Kanada və Kolumbiya ərazisində fəaliyyət göstərən KQB agentlərinin adlarını göstərib.

Sovet xüsusi xidmətləri sonadək Lyalin-i tuta bilməyiblər. Britaniya xüsusi xidmətlərinin məlumatına görə, o, 1995-ci ildə "uzun sürən xəstəlikdən" vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG