Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:03

Kosovo polisi 5 Türkiyə vətəndaşını saxlayıb


Kosovo polisi prezident Recep Tayyip Erdoğanın qatı düşməni olan Fethullah Gülenə bağlı olduğu düşünülən məktəblərdə işləyən 5 Türkiyə vətəndaşını saxlayıb.

Gülistan Təhsil Təsisatlarının vəkili Adem Vokshi AzadlıqRadiosuna deyib ki, türklər martın 29-da səhər işə gedərkən saxlanıblar.

Vokshi bildirib ki, polis bu saxlamalara görə heç bir izahat vermir və saxlananların harada olduqları bilinmir.

Kosovonun baş naziri Ramush Haradinaj müxbirlərə deyib ki, Türkiyə vətəndaşları guya ölkənin məskunluq qaydalarını pozduqlarına görə saxlanıblar.

Haradinaj deyib ki, bu saxlamalara nə isə başqa səbəblərin olmasına inanmır.

Kosovo polisi isə bildirir ki, türklərdən 3-ü Qyakovoda, ikisi isə Prizrendə saxlanıb.

Associated Press agentliyi naməlum mənbəyə istinadən bidlirib ki, beş nəfəri Kosovoda məskunluq müddətləri başa çatdığı üçün saxlayıblar və onların Türkiyəyə deportasiya ediləcəkləri gözlənilir.

Kosovo İnsan Haqları Şurası hakimiyyəti “Erdoğanın siyasi opponentlərinin” Türkiyəyə ekstradisiya edilməməsinə çağırıb.

AzadlıqRadiosu xəbər verir ki, Gülistan Təhsil Təsisatları müsəlman vaiz Fethullah Gülenə məxsusdur.

Erdoğan onu 2016-cı il çevriliş cəhdinin arxasında durmaqda ittiham edir. Gülen bu ittihamları rədd edir.

Bu təşkilat Kosovoda və Balkanların başqa yerlərində məktəblər açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG