Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Alimlər fəzada müəmmalı siqnalların nə olduğunu tapmağa çalışırlar


Qalaktika
Qalaktika

Alimlər Yer kürəsindən üç milyard işıq ili uzaqda təkrarlanan sürətli radiosiqnalları müşahidə ediblər. Bəs bu sirli səslərin mənbəyi nə ola bilər?

Son 10 il ərzində alimlər sürətli radiosiqnallarının əslində nə olduğunu tapmağa çalışıblar. Bu siqnallar kosmik fəzanın dərinliklərindən gələn və saniyənin 1/1000-i qədər davam edən qısa radio dalğalarıdır. İndi astronomlar bu siqnalları izləyərək təkrarlanan qısa radio-siqnalların Yer kürəsindən təqribən üç milyard işıq ili uzaqda yerləşən cırtdan qalaktikadan gəldiyini müəyyən ediblər.

Səslər haradan gəlir?

Beynəlxalq alimlər komandası öz yeni tapıntılarını bu ay Amerika Astronomiya Cəmiyyətinin toplantısında təqdim edib. Alimlər radiosiqnalların ionlaşmış qaz buludunun daxilindəki maqnit sahəsindən gəldiyini müəyyən ediblər. Bu isə bu növ səslərin yarandığı şərait haqda dəyərli məlumatdır. Alimlərin əldə etdikləri bu son nəticələr bu yaxınlarda «Nature» jurnalında dərc edilib.

Tədqiqat işinin müəlliflərindən biri, Niderlad Radio Astronomiyası İnstitutunun tədqiqatçısı Jason Hessels deyir ki, radiosiqnalların «burulması» «Faradey fırlanması» kimi tanınan effektin nəticəsidir.

Həyat ola bilən 7 planet tapıldı
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

«Ehtimal edirik ki, bu siqnalların mənbəyi nəhəng qara dəliyin yaxınlığındakı neytron ulduzunun öz ətrafındakı materialı özünə birləşdirməsi ola bilər. Yaxud da, ola bilər ki, bu, nebulanın daxilində yerləşən çox gənc bir neytron ulduzudur», – alim deyir.

«Hazırda biz daha da dərinə gedərək bu səslərin məhz haradan gəldiyini müəyyən etməyə çalışırıq», – deyə başqa bir müəllif, Kornell Universitetinin Astrofizika və Planet Elmləri Mərkəzindən Shami Chatterjee «Futurism» saytına bildirib.

Sözügedən qısa radiosiqnallar ilk dəfə aşkarlananda onların araşdırılmalı olan fenomen, yoxsa sadəcə cihazların təhrif etdiyi səs maneələri olması ətrafında mübahisə gedirdi. Sonradan aparılan araşdırma bu səslərin real olduğunu üzə çıxardı. Ancaq onları müşahidə etmək son dərəcə çətindir.

Millisaniyə qədər davam edir

«Ən böyük problem bu siqnalların millisaniyə qədər davam etməsidir. Bu, onların aşkarlanmasını çətinləşdirir. Bu səslərin fəzada məhz hara getdiyini də bilmirik. Düşünürük ki, bütün fəzada gün ərzində 5-10 min belə siqnal yayılır. Ancaq hələlik, bizə bu mənbələrin yalnız 30-u məlumdur. Radioteleskopların baxış sahəsi o qədər də böyük deyil. Yəni siz düzgün vaxtda düzgün istiqamətə baxmasanız, bu siqnalları qaçıracaqsınız», – Chatterjee deyir.

Alimlər Yer planetinə oxşayan planet aşkarlayıblar
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

İlk belə təkrarlanan qısa radiosiqnal mənbəyi 2016-cı ildə aşkarlanıb. Bu kəşf astronomiya icmasını çoxdan bəri düşündürən suallara işıq salıb.

Bu fenomen astronomiya nəzəriyyəçilərinin təxəyyülünü məşğul edib. Chatterjee qeyd edir ki, bu fenomenlə bağlı nəzəriyyələrin sayı qeydə alınmış müşahidələrin sayından artıqdır. Onun sözlərinə görə, belə səs siqnalları fəzaya buraxılan zaman həm də nəhəng enerji kütləsi ayrılır. Bir millisaniyə ərzində bir səs partlayışı bizim Günəşin bir gündə ayırdığı qədər enerji ilə müşayiət olunur. Ayrılan enerjinin miqdarı səs siqnalının fəzanın nə qədər geniş hissəsinə yayılmasından asılıdır.

«Ümid edirik ki, bu, son nəticədə bizim fizika haqda anlayışımızı bir addım önə aparacaq. Biz fəzada bu qədər çox enerji istehsal bilən qısa radiosiqnallarını yaradan mexanizmin nədən ibarət olduğunu anlaya biləcəyik. Bundan başqa, ümid edirik ki, bu radiosiqnalların mahiyyətini anladıqdan sonra biz onlardan qalaktikalararası mediumu öyrənməkdə vasitə kimi yararlana biləcəyik», - Chatterjee deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG