Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:53

Kosmosa 10 milyardlıq teleskop göndərilib


"James Webb" teleskopu
"James Webb" teleskopu

Dekabrın 25-də NASA və Avropa Kosmik Agentliyi (ESA) kosmosa kainatın mənşəyinin tədqiqində inqilab edəcəyi bildirilən yeni güclü kosmik teleskop göndərib.

Buraxılış Fransa Qvianasındakı Kuru poliqonundan həyata keçirilib.

Məlumata görə, qurğu infraqırmızı və optik diapazonlarda kosmosu tədqiq edəcək və bu, qalaktikaların təkamülü haqqında çox şey açacaq. Bundan əlavə, "Ceyms Webb" uzaq planetlərin atmosferlərini tədqiq edəcək. Bu, elm adamlarına onların həyata uyğun olub olmadığını anlamağa kömək edəcək.

Dörd həftə ərzində teleskop Yerdən bir milyon yarım kilometr uzaqlıqdakı ikinci Laqranj nöqtəsi adlanan yerə keçəcək. Sonra bir neçə ay ərzində o, alətin kalibrlənməsi mərhələlərindən keçəcək və ilk təsvirlər buraxılışdan təxminən il yarım sonra alınacaq.

Sözügedən teleskopun yaradılması üzərində 30 ildən çox iş aparılıb. Kosmik gəmi NASA-ya 10 milyard dollara başa gəlib. Bu, ilkin hesablanan təxmini dəyərdən 20 dəfə çox olub.

Teleskop Apollon Ay proqramının rəhbərinin adını daşıyır. "Ceyms Webb" öz sələfi Hubble teleskopunu əvəz edəcək. Yeni cihazın hələ 2007-ci ildə kosmosa göndərilməsi nəzərdə tutulsa da bu tarixlər dəfələrlə dəyişdirilib.

***

Texniki problemlər və hava səbəbindən yaranan gecikmələrdən sonra "Ceyms Webb" Kosmik Teleskopu Fransa Qvianasındakı ESA buraxılış bazasından səhər yerli vaxtla saat 9:20-də buraxılmalıdır.

Hər şey planlaşdırıldığı kimi getsə, ABŞ istehsalı olan 6350 kiloqramlıq teleskopu kosmosa Fransa istehsalı raket daşıyacaq. Raketin 26 dəqiqəlik uçuşundan sonra teleskop kosmosa buraxılacaq.

Daha sonra orbitə çatmaq və demək olar ki, tennis kortu ölçüsünə dönmək üçün bir ay davam edəcək uçuşa çıxacaq.

Mühəndislər Cənubi Amerika ölkəsindəki bazada uyğun hava şəraitinə ümid edirlər.

Dekabrın 25-də şəraitin təhlükəsiz olmasını təmin etmək üçün buraxılışdan üç saat əvvəl atmosferi təhlil etmək üçün hava şarı göndəriləcək. Astronomlar və astrofiziklər onilliklərdir ki, dəyəri 9 milyard dollardan çox olan teleskopun yerləşdirilməsini səbirsizliklə gözləyirlər.

3.Kosmos-2014 James Webb teleskopu
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG