Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:48

Ramiz Mehdiyevin başçılıq etdiyi komissiya hesabat dərc edib


Ramiz Mehdiyev

“2016-cı il ölkəmiz üçün geniş miqyaslı iqtisadi islahatlar ili olub. Prezidentin fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi təsdiq edilib”.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 2016-cı ildə həyata keçirilən tədbirlər barədə illik statistik məlumatında belə yazılır.

Komissiya vurğulayır ki, mövcud qlobal iqtisadi böhrana baxmayaraq, 2016-cı ilin yekunlarına əsasən, Azərbaycanda qeyri-neft sənayesi inkişaf edib, bütün sosial proqramlar tam icra olunub.

Buna da bax:​ Strateji Yol Xəritəsinin üzə çıxardığı korrupsiya

“Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan 2016-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən, 2015-ci illə müqayisədə 3 pillə irəliləyərək 138 ölkə arasında 37-cı yeri tutub. “Doing Business” 2017-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülüb”, məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, “Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nı dövlət orqanları 86 faiz, “Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı” isə 82 faiz icra ediblər.

Məlumata görə, 2016-cı ildə dövlət orqanları fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm məlumat verilməsi və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində tədbirləri tam icra ediblər.

Buna da bax: 'İndiki komanda ilə yol xəritələrini gerçəkləşdirmək mümkün deyil'

Məlumatda korrupsiya halları ilə bağlı statistik bilgilərə yer verilməyib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə komissiya bu sahədə iхtisaslaşmış оrqan funksiyalarını həyata kеçirir.

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvünü prezident, 5 üzvünü Milli Məclis, 5 üzvünü isə Konstitusiya Məhkəməsi müəyyən edir.

Komissiyaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sədrlik edir.

Buna da bax:​ Vəzifəli şəxslərin gəlirini öyrənmək mümkün olacaqmı?

Ancaq, aparıcı müxalifət partiyalarında bu komissiyaya heç bir etimad yoxdur. Onlar bu komissiyanın ciddi korrupsiya halları ilə mübarizə aparmadığını, bunun imitasiyasını yaratdığını düşünürlər.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG