Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 01:20

Ekspert: 'Azərbaycan məişət korrupsiyası ilə mübarizədən kənara çıxa bilmir' [video]


2017-ci il korrupsiya ilə mübarizə sahəsində nə ilə yadda qaldı?

Media məlumatlarının başlıqlarına nəzər yetirəndə daha çox iki mövzu nəzərə çarpır:

Birincisi, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin məhkəmə işləri.

Buna da bax: 'MTN işi'ndə nə baş verir? [video]

İkincisi, “Azərbaycanın pulyuyan maşını” adlı beynəlxalq jurnalist araşdırması.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Qısaca yada salaq ki, 2015-ci ilin oktyabrında MTN işi üzrə həbs olunanlara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu gəlmə, mütəşəkkil cinayətkar qrup yaratmaq və digər ağır cinayətlər irəli sürülüb.

Beynəlxalq Jurnalistlər Şəbəkəsinin 2017-ci ilin sentyabrında yaydığı araşdırmasında isə iddia edilir ki, Azərbaycanın hakim elitası 2012-2014-cü illərdə arasında Azərbaycandan xaricə qanunsuz yollarla 3 milyard dollara yaxın pul çıxarıb. Bu pullardan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq üçün istifadə edib.

Buna da bax:​ HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov isə deyib ki, bu yazı qərəzlidir, sifarişlidir.

Elə Milli Məclisin müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc da düşünür ki, bu araşdırmaların heç bir əsası yoxdur. O, əlavə edir ki, il ərzində iki nazirliyin yüksək vəzifəli şəxslərinin həbsi, “Asan Xidmət”in səlahiyyətlərinin genişləndirilməsi Azərbaycan hökumətinin korrupsiya ilə mübarizə iradəsini göstərir:

Buna da bax: Britaniyalı deputat: ''Azərbaycanın pulyuyan maşını' göstərdi ki...'

Zahid Oruc
Zahid Oruc

“Mən elə düşünürəm ki, dövlət rəhbərliyi kiminsə sadəcə həbsi və ya vəzifəsindən azad edilməsi ilə deyil, ciddi sistem islahatı aparılmasının tərəfdarıdır. Yəni, korrupsiya mexanizminin özünü kəsmək əsas hədəfdir. Bu isə sistem islahatıdır. Gördüyünüz kimi çətin xidmət göstərən qurumların əksəriyyəti “Asan xidmət” təsisatına keçməkdədir. Bu da gələcəkdə Asan hökumət modelinin bir tərkib hissəsidir”.

Buna da bax: “Panama Papers”: Prezident övladlarının London mülkləri

Hökumətin tənqidçiləri tez-tez hakimiyyəti bəzi qanunları hələ də qəbul etməmək və ya mövcud qanunvericiliyi dəyişməklə yüksək rütbəli məmurların korrupsiyasına gizlilik pərdəsi çəkməkdə ittiham edirlər. Buna misal kimi hələ də qəbul edilməyən “maraqların toqquşması” haqda qanunu, eləcə də və ya “şirkətlərin təsisçiləri” haqda məlumatların kommersiya sirri hesab edilməsi haqda qanuna dəyişikləri göstərirlər.

Zahid Oruc isə düşünür ki, maraqların toqquşması barədə qanunun qəbulu ilə korrupsiya ilə tam mübarizə aparılacağı illüziyası yanlışdır.

Buna da bax: İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

Real Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli düşünür ki, 2017-ci il korrupsiya ilə mübarizədə ciddi, fundamental dəyişikliklər olmadı:

Natiq Cəfərli
Natiq Cəfərli

“Keçmiş Milli Təhlükəsizlik, Rabitə və İnformasiya Texnologiyaları Nazirlikləri ilə bağlı cinayət işlərinin tam başa çatdırılması və sistemdə olan problemlərin aradan qaldırılmasını görə bilmədik. Ötən illərlə müqayisədə Hesablama Palatasının işində də ciddi irəliləyiş olmadı. Yəni, açıqlanan rəqəmlərlə, məlumatlarla bağlı hər hansı cinayət işinin başlanmasına şahid olmadıq. Əslində Hesablama Palatasının istənilən rəyi cinayət işinin başladılmasına əsas olmalıdır”.

Buna da bax: AvroMed şirkətinin “pulyuyan maşından” milyonlarla dollar aldığı güman edilir

Natiq Cəfərlinin bütün bu prosesləri təhlil edərək, gəldiyi qənaət odur ki, Azərbaycanda, özəlliklə, məişət korrupsiyası ilə mübarizə aparılır. “Asan Xidmət” uğurlu bir layihədir amma bu layihədə məişət korrupsiyasından kənara çıxa bilmir. Onun fikrincə, Azərbaycanda isə ən əsası büdcə korrupsiyası ilə mübarizə aparılmalı, məhkəmələrə azadlıq verilməlidir.

Buna da bax: Prezident ailəsinin biznesi…

Azərbaycan hökuməti “Asan Xidməti” korrupsiya ilə mübarizə sahəsində ən uğurlu addımlardan biri hesab edir. Hətta prezident İlham Əliyev bu il BMT-dəki çıxışında “Asan Xidməti” bütün dünya üçün nümunə kimi qiymətləndirmişdi. Hökumətin tənqidçiləri isə düşünürlər ki, özəlliklə, büdcədən maliyyələşən təşkilatlarda maaşlar artırılmasa, şəffaflıq gücləndirilməsə, məmur biznesi, vəzifə səlahiyyətlərindən sui istifadə halları ilə bağlı mübarizə gücləndirilməsə Azərbaycanda korrupsiya ilə mübarizə haqda hələ uzun illər danışılacaq.

Buna da bax: Prezidentə yaxın şirkətlər Azercell-i necə ələ keçirdi

Antikorrupsiya fəalları bir əsas məqamı da vurğulayırlar ki, "Asan xidmət" daha çox xırda məmurlar, məişət səviyyəsində rüşvətxorluğu müəyyən qədər azalda bilir. Əslində isə Azərbaycanda dövlət büdcəsindən tikinti və başqa dövlət satınalmalarında külli miqdarda korrupsiyanın qarşını almaq üçün ciddi islahatlara ehtiyac var.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG