Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 07:40

Paşinyan və ailəsi virus təhlükəsinə görə paytaxtdan çıxıb


Nikol Pashininan və yoldaşı Anna Hakobian, 10 noyabr 2018

Ermənistanın Baş naziri Nikol Pashinyan və həyat yoldaşı Anna Hakobyan koronavirus testindən keçəcəklər. Pashinyan bunu Facebook-da canlı yayım zamanı deyib. O bildirib ki, həyat yoldaşı bu yaxınlarda Braziliyada olub və bu zaman Braziliya prezidentinin xanımı ilə görüşüb.

Braziliya prezidentində koronavirus infeksiyasına yoluxma ehtimalları ilə bağlı xəbərlərin yayılmasından sonra Pashinyan və yoldaşı Sevana gedərək özlərini təcrid ediblər.

"Braziliya prezidentinin ofisindən məlumat təkzib olunandan sonra testin mənfi olacağına əminəm. Yenə də günahdan uzaq olub, səhər Anna və mən testdən keçəcəyik ”deyə Pashinyan Facebook-da canlı yayımda vurğulayıb.

Beləki dünya mediasında Braziliya Prezidenti Jair Bolsonaruda koronavirus aşkarlandığı barədə xəbərlər yayılsa da sonradan bu məlumatı təkzib olunub.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, baş nazir çıxışı zamanı bu günə qədər Ermənistanda 13 nəfərdə koronovirusun aşkarlandığını deyib. "Bu adamların da əksəriyyəti Echmiadzin-də məşhur nişan şənliyinin iştirakçılarıdır", - deyə Nikol Pashinyan bildirib.

XS
SM
MD
LG