Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:00

Rusiyada korona virusuna yoluxmaqda şübhəli bilinən 2 nəfər xəstəxanaya götürülüb


Təciliyardım maşını Rusiya
Təciliyardım maşını Rusiya

Rusiyanın Sankt-Peterburq şəhərində korona virusuna yoluxmaqda şübhəli bilinən 2 nəfər xəstəxanaya götürülüb.

Onlardan birinin Şanxaydan gəldiyi bildirilir. “MBX media” onun 23 yaşlı Rusiya vətəndaşı Arman Karakeshishyan olduğunu yazır. O, Sankt-Peterburqa Krasnoyarsk və Moskvada dayanmaqla gəlib.Sankt-Peterburqda yerə enəndə hərarəti 38 olduğundan təciliyardım maşını ilə xəstəxanaya aparılıb.“Teleqram-kanal” həkimlərdən birinin biloji qoruyucu geyimdə olduğunu yazır.

Bəzi məlumatlarda digərinin Çin vətəndaşı olduğu və onun bu virusa yoluxmasının təsdiqlənmədiyi bildirilir.

Rusiyada bu virusun olması barədə ilk xəbər yanvarın 22-də peyda olub. Rospotrebnadzor sonradan bu məlumatı inkar eləsə də ölkənin bütün sərhədlərində nəzarəti gücləndirib. Xüsusilə də hava limanlarında qabaqlayıcı tibbi tədbirlər görülüb.

Rusiyanın səhiyyə nazirliyi bəyan edib ki, artıq korona virusu üçün diaqnostik vasitələr hazırlanıb, amma vaksinin hazırlanması azı yarım il sürə bilər.

Korona virusi ötən ilin sonlarında Çinin Vuhan şəhərində peyda olub və artıq ölkədə bu virusdan ölənlərin sayı 17 nəfərə çatıb.

Bundan başqa yüzlərlə adamın bu virusa yoluxduğu bildirilir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, indiyədək məlum olmaya bu virus, tənəffüs yoluna çökür, sətəlcəm əmələ gətirir və insandan-insana keçə bilir.

Bu virus Çindən kənara çıxaraq Cənubi Koreya, Yaponiya, Tayland, Avsrtrsliya və ABŞ-a da çatıb.

Region ölkələri hava limanlarında tibbi nəzarəti gücləndirib, şübhəli adamlar dərhal müayinə edilir.

Həmçinin Azərbaycanın səhiyyə nazirliyi Çinə səfər edən turistlər və iş adamlarına ehtiyatlı olmağı tövsiyə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG