Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 12:08

Koronavirusundan ölənlərin sayı 724-ə çatıb


arxiv foto

8 fevrala olan məlumata görə, aşkar edildiyi gündən indiyə qədər koronavirusdan ölənlərin sayı 724-ə çatıb. NBC-nin yaydığı məlumata görə, bu virusa yoluxanların sayı 35 minə yaxınlaşıb. New York Times qəzeti Pekindəki ABŞ səfirliyinə istinadla xəbər verir ki, Çində bu xəstəlikdən ilk əcnəbi vəfat edib. Həmin şəxsin Amerika pasportu daşıyan qadın olduğu bildirilir.

Şənbə günü Çinin Vuhan əyalətində bir ölüm halının olması ilə bağlı Yaponiyanın Xarici İşlər Nazirliyi də məlumat yayıb. Amma Çin hakimiyyətinin məlumatlarına əsasən, həmin çəxsin koronavirusa yoluxduğunu təsdiqləmək mümkün olmayıb. Ancaq ölüm səbəbinin virus sətəlcəmi göstərilir.

Vuhan əyalətində koronavirusun məlum olmayan mənbədən yayılması ilə bağlı ilk məlumat ötən ilin dekabrında üzə çıxıb. Çin hakimiyyəti bir neçə həftə virusa qarşı aktiv mübarizə aparmayıb.

Xəstəliyin yayılması ilə bağlı məlumatlar da gizlətdilib. İndi ölkə hakimiyyəti çox sayda işin görüldüyü ərazilərdə karantin tətbiq edib.

XS
SM
MD
LG