Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:25

Koronavirusdan gündəlik rekord ölüm sayı qeydə alınıb


Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 449 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bugün, iyulun 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib:

“İndiyədək Azərbaycanda ümumilikdə 28 min 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19 min 939 nəfəri müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib, 7 min 927 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Qərargahdan verilən açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7034, ötən müddət ərzində isə ümumilikdə 641 min 732 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. O vaxtdan heç vaxt gündəlik ölüm halı bu qədər olmamışdı.

Karantin yumşaldıla bilər. Bu günkü yoluxmalar
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 14 milyon 909 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 614 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG