Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Koronavirusdan immunitet barədə yaxşı xəbər var


London Millenium körpüsü
London Millenium körpüsü

Britaniyada keçirilmiş kiçikmiqyaslı, amma əhəmiyyətli tədqiqat göstərib ki, SARS-CoV-2 virusuna yoluxmanı yüngül və ya simptomsuz keçirmiş, habelə xəstəxanada müalicə olunmamış insanlarda yoluxmadan 6 ay sonra “hüceyrə immuniteti” aşkar olunub.

Bu ondan xəbər verir ki, koronavirusun yeni növünə yoluxmuş şəxslər bir müddət bu xəstəlikdən qorumaya malik ola bilər.

Reuters agentliyinin yazdığına görə alimlər bu nəticəyə Britaniyada xəstəxanada müalicə olunmamış 100 nəfərdən alınmış göstəricilər əsasında gəliblər.

Britaniyadakı Birmingem Universitetinin hemotologiya professoru Paul Moss deyib ki, nəticələr COVID-19-un yaratdığı immunitetin kifayət qədər dayanıqlı olmasına dair “ehtiyatlı nikbinlik” yaradır.

Bununla belə, alim qeyd edib ki, COVID-19-un yaratdığı immunitet hələ dərindən və geniş öyrənilməlidir.

Hələlik müstəqil ekspertlər tərəfindən qiymətləndirilməmiş bu təcrübə zamanı COVID-19-a yoluxmuş 100 nəfərin qanı yoluxmadan 6 sonra analiz edilib.

T-şəkilli hüceyrələr və anticismlər

Tədqiqat göstərib ki, bu adamlardan bəzilərində anticism səviyyəsi ensə də, onların qanında T-şəkilli hüceyrələr qalmaqda davam edib. Bu hüceyrələr immunitetin yaranmasında anticismlər qədər önəmli rol oynayır.

İngiltərə İctimai Sağlamlıq mərkəzinin epidemioloqu Shame Ladhani deyib ki, yoluxmaya T-şəkilli hüceyrə ilə reaksiya anticism reaksiyasından daha uzunmüddətli ola bilər.

Tədqiqat bunu da göstərib ki, T-şəkilli hüceyrə reaksiyası COVID-19-u nisbətən ağır və ya simptomlu keçirmiş şəxslərdə daha yüksək olur.

Alimlər deyirlər ki, bunu iki səbəblə izah etmək olar: Ola bilsin ki, xəstəliyi simptomlarla keçirmiş şəxslərdə hüceyrə immuniteti təkrar yoluxmadan daha yaxşı qoruya bilər və ya xəstəliyi simptomsuz keçirmiş şəxslər daha geniş immunitet yarartmadan da təkrar yoluxmadan qoruna bilər.

Hər iki halda bu, yaxşı xəbərdir.

London İmperiya Kolleci Universitetinin immunologiya kafedrasının müdiri Charles Bangham deyir ki, COVID-19-a qarşı yaranmış anticismlərin səviyyəsi aşkarlanmayacaq dərəcərə azalsa da, insanın immuniteti qalmaqda davam edir.

Alimin fikrincə, bütün bu nəticələr koronavirusun daha uzun müddətdə immunitet yaratdığına ümidlər verir.

İndiyədək bütün dünyada 46 milyon insan COVID-19-a yoluxub. Təkrar yoluxma halalrı son dərəcə nadirdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG