Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Koronavirusa yoluxmada artım davam edir


Koronavirusla yoxlama, arxiv foto
Koronavirusla yoxlama, arxiv foto

Son gündə Azərbaycanda 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və 2 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 6-da yayılan məlumata görə, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941 və 1956-cı il təvəllüdlü şəxslərdir:

“Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Qərargahın açıqlamasına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 334.863 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Bu rəqəm fevralın 28-dən bəri Azərbaycanda yoluxmada rekorddur. Dünən, iyunun 5-də Azərbaycanda 338 şəxsin koronavirusa yoluxduğu açıqlanmışdı. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən mərhələlərlə bir xeyli yumşaldılıb. Amma artıq bu həftəsonu Bakı və başqa iri şəhərlərdə küçəyə çıxmaq yasaqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6.8 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 398 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG