Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:47

Dünyada koronavirusdan ölənlərin sayı 200 mini keçib


Serbiya, arxiv foto
Serbiya, arxiv foto

Bu günə qədər dünyada 2 milyon 800 mindən çox adamda koronavirus aşkarlanıb, 200 mindən çox adam ölüb. COVİD 19-a yoluxanlardan 830 min adam sağalıb. Bu məlumatlar Amerikanın Cons Hopkins institutuna məxsusdur..

Yoluxma və ölümlə nəticələnmə halları ən çox ABŞ-da qeydə alınıb, Bu ölkədə indiyə qədər 930 min adamda koronavirus aşkarlanıb, 53 mina adam həyatını itirib.

Bundan başqa açıqlanan məlumatlara görə, 5 ölkə üzrə ölüm sayı 20 mini keçib.

İndiyə qədər İtaliyada 195 min yoluxma, 26 min ölüm, İspaniyada 224 min yoluxma, 23 min ölüm, Fransada 160 min yoluxma, 22 min 600 ölüm, Böyük Britaniyada 149 min 500 yoluxma, 20 min 800 ölüm halı qeydə alıb.

Almaniyada fərli vəziyyət

Ali məktəblərə imtahan, Berlin, Paul-Natorp-Gimnaziyası, 22 aprel 20020
Ali məktəblərə imtahan, Berlin, Paul-Natorp-Gimnaziyası, 22 aprel 20020

Avropa ölkələri arasında ən az ölüm halı Almaniyada müşahidə olunmaqdadır. İndiyə qədər bu ölkədə 156 min adamda koronavirusa yoluxma aşkarlanıb, 5846 nəfər ölüb.
Kansler Angela Merkel dəfələrlə Almaniya səhiyyəsinin iş yükünün öhdəsindən gəldiyini və səhiyyə sisteminin həddindən artıq yüklənməsinə imkan vermədiyini qeyd edib. Son günlərdə Almaniya tədricən məhdudiyyətlər aradan qaldırılmaqdadır. Eyni zamanda, bütün vətəndaşlara sosial məsafədən istifadə qaydalarına riayət etmək tövsiyə olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG