Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:56

127 yeni yoluxma, 3 ölüm


Arxiv foto
Arxiv foto

Son gündə Azərbaycanda 127 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və 3 nəfər vəfat edib.

Bu barədə mayın 23-də Nazirlər Kabineti yanında Operativ qərargahdan bildirilib.
Qurumdan yayılan məlumata görə, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948, 1952 və 1982-ci il təvəllüdlü şəxslər olub:

“Hazırkı dövrədək ölkəmizdə 3982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Qərargahdan açıqlamaya görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 265.067 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 328 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 340 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG