Keçid linkləri

2026, 13 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Koronavirus: harada, nə zaman, necə

Azərbaycanda xüsusi rejim tətbiq edilir

Azərbaycanda 24 mart 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

- 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir

- Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılır

- "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır…

Kilsə Tbilisi küçələrini virusdan belə qoruyur
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Prezident: '...Nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər'

"Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər".

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik nitqində koronovirusla mübarizədən bəhs edərkən söyləyib.

Dövlət başçısı bildirib ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur, eyni zamanda, açıq təxribat da görünür: "Bu təxribat haradan gəlir, beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü «müxalifət» adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir".

Prezident koronavirusa görə 1 milyard manat ayırıb

Dövlət başçısı İlham Əliyev martın 19-da koronavirusla (COVID-19) bağlı 1 milyard manat pul ayırıb. Sənəddə yazılıb ki, dünya enerji, səhm bazarlarında baş verən dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılsın. Sərəncama əsasən, 4 işçi qrup yaradılmalı, onlar müxtəlif sahələr üzrə təsirləri dəyərləndirərək öz təkliflərini hazırlamalıdırlar.

Rayondan gələn maşınlar postlardan geri qaytarılır
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Davamı

XS
SM
MD
LG