Keçid linkləri

2026, 13 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:43

Koronavirus: harada, nə zaman, necə

Azərbaycanda xüsusi rejim tətbiq edilir

Azərbaycanda 24 mart 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

- 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir

- Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılır

- "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır…

Karantində 560 nəfər var

"Bu günə qədər 4200 nəfərə qədər şəxsdə koronavirus infeksiyası ilə bağlı müayinə aparılıb. 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib, onlar sağalaraq evə buraxılıblar".

Bu barədə martın 16-da Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib. Onun sözlərinə görə, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb, hazırda karantində 560 nəfər var.

Ermənistan koronavirusa görə fövqəladə vəziyyət elan edib

Ermənistan hökuməti koronavirusa görə fövqəladə vəziyyət elan edib.

İndiyə qədər ölkədə 30 belə hal qeydə alınıb.

Bir nəfər sağalıb, 300 nəfər karantində saxlanır.

Bakıda bəzi supermarketlərdə sıxlıq yaşanır
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Prezident koronavirusa qarşı üzərlik yandırılmasını əmr etdi

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov əhalinin üzərlik tüstüsünə verilməsinə dair tədbirlərin keçirilməsini əmr edib.

Berdiməhəmmədov deyib ki, "üzərlik tüstüsü gözə görünməyən virusların insan orqanizminə daxil olmasının qarşısını alan səmərəli vasitədir".

Davamı

XS
SM
MD
LG