Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:05

NYT:'Koronavirusa qarşı ən güclü silah...'


New York Times qəzeti “Dünya Müharibəsi Z” adlı kitabın müəllifi Max Brooks -un köşə yazısını dərc edib. Müəllif yazır ki, dünyada dörd mindən çox insanın koronovirusdan öldürən səbəb məhz bir-birlərinə yaxın durmaq oldu. Müəllif yazır ki, adamların bir-birindən uzaq məsafədə durması koronavirusla vuruşmaq üçün ən yaxşı silahdır.

'Pandemiya zamanı, müharibədə olduğu kimi hər kəs öz üzərinə düşəni etməlidir'.

Müəllif yazır ki, 'sosial uzaqlaşma' ilk baxışda emosional ifadə kimi səslənə bilər, amma indiki halda bu, ictimai sağlıq baxımından koronavirusla mübarizə üçün ən yaxşı vasitədir. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin məlumatına görə, koronavirus 6 fut (1.8 m-red) məsafədə insandan insana keçir: "Bax bu məsafə virusu bütün planetə daşıdı, azı 4000 adamın ölümünə səbəb oldu, azı 110000 adamı yoluxdurdu".

XS
SM
MD
LG