Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Koronavirus hava ilə yayıla bilir?


Asqırma anında çəkilmiş foto
Asqırma anında çəkilmiş foto

Dünya Səhiyyə Təşkilatının (DST) rəsmi tövsiyəsində deyilir ki, COVID-19 xəstəliyini törədən SARS-CoV-2 virusu əsas etibarilə yoluxmuş insanın ağzından və burundan çıxan damlalar vasitəsilə yayılır. Bu halda həmin damlalar adətən yer səthinə səpələnir.

Lakin 32 ölkədən 239 alimin DST-yə yazdığı açıq məktubda deyilir ki, virus zərrəciklərinin havada asılıb qaldığı və bu yolla yayıldığına dair dəlillər mövcuddur.

Reuters yazır ki, məktub iyulun 6-da Clinical Infectious Diseases jurnalında dərc olunub.

Virus hissəcikləri tənəffüslə keçdiyinə görə bu alimlər DST-nin öz tövsiyələrini təzələməsini istəyirlər.

DST-nin sözçüsü Tarik Jasarevic deyib ki, təşkilat məqalə ilə tanış olub və hazırda DST-nin ekspertləri tərəfindən qiymətləndirilir.

Virusun hava yolu ilə yoxsa damcılarla daha çox yayıla bilməsi hələlik aydın deyil.

DST-nin inadkarlığı

DST-nin xəstəliyin ötürülməsinə dair qiymətləndirməsini dəyişməsi onun indiyədək verdiyi bir sıra tövsiyələrə təsir göstərə bilər.

Burada söhbət ilk növbədə adamlar arasında bir metrlik fiziki və ya “sosial məsafə” saxlanmasındangedir.

DST-nin bu tövsiyəsinin dəyişməsi potensial olaraq dünya hökumətlərinin öz koronavirus siyasətlərini dəyişməsi ilə nəticələnə bilər.

DST virusun hava yolu ilə yayılmasını nəzərdən keçirdiyini desə də, bunun üçün tutarlı dəlillərə ehtiyac olduğu məlumdur.

Minnesota Universitetinin infeksion xəstəliklər professoru Michael Osterholm deyib ki, DST “şəksiz sübutların” olmasına baxmayaraq, uzun müddət qripin də hava yolu ilə yayılması fikrini qəbul etmirdi.

Həkim: 'Şənbə-bazar insanları evlərinə doldurmaq səhv idi'
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Baxır hava ilə nə dərəcədə çox yayılır

Kembric Universiteti Xəstəxanasının infeksion xəstəliklər üzrə məsləhətçilərindən professor Babak Javid deyib ki, virusun aerozol, yəni hava vasitəsilə yayılması mümkün və hətta ağlabat görünsə də, virusun havada nə qədər müddətdə asılıb qaldığı bilinmir.

Onun sözlərinə görə, əgər virus yoluxmuş şəxsin, məsələn otağı tərk etməsindən sonra uzun müddət havada qalırsa, onda ehtiyat və qorunma tədbirləri də dəyişə bilər.

DST-nin 29 iyun tarixli qaydalarına görə SARS-CoV-2 ilk növbədə damcılar vasitəsilə yayılır. Belə damcılar hər hansı səthin üstündə bir müddət yoluxuculuğunu saxlaya bilir. Bəziləri əlcəklərdən məhz bu səbəbdən istifadə edirlər.

DST bildirir ki, virus hava yolu ilə bəzi hallarda, məsələn hər hansı şəxsə ağız-ağıza hava verilməsi zamanı da yayıla bilər.

Xəstələrlə bu proseduru həyata keçirən həklimlərə ağır N95 maskalarından və başqa qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.

Harvard T.H. Chan İctimai Sağlamlıq Məktəbinin epidemioloqu doktor William Hanage deyib ki, DST-nin sözü gedən məqaləni təhqiq etməsi məsələnin ciddiliyinin nəzərə alındığını göstərir.

Alim deyir ki, əgər virus hava yolu ilə daha az yayılırsa, bu, DST-nin tövsiyələrini dəyişməyəcək.

Virusun hava yolu ilə yayılması mümkünlüyünü Cənubi Koreya alimləri də araşdırırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG