Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

AP:"Varlılar və məşhurlar koronavirus testi olunur, sadə adamlar isə..."


Associated Press agentliyi yazır ki, koronavirus dünyanı təbəqələrə bölüb- test çatışmadığı üçün sadə adamlar test oluna bilmir, varlılar və məşhurlar isə olunur.

“Ulduzlar, siyasətçilər, idmançıların bəziləri elan etdilər ki, bu virusdan test veriblər. Halbuki, onların hansısa simptomu yox idi”.

ABŞ -da isə virusa görə narahatlıq artır. Bir ay əvvəl amerikalıların yalnız yarısı koronavirusdan narahat olduğunu demişdi, indi isə üçdə ikisi bu fikirdədir ki, virus onların sevdikləri üçün təhlükə doğurur.

Üç amerikalıdan 10-nun dünya vecinə deyil

The Associated Press-NORC Mərkəzinin sorğusuna görə, amerikalıların 10-dan üçünün dünyada baş verənlər vecinə deyil.

Agentlik yazır ki, Çin koronavirusa görə bağladığı zavodlarını yenidən açmaq istəyir, bu isə qorxu yaradır ki, mikroçipslər və başqa detallar vasitəsilə xəstəlik ABŞ-da genişlənə bilər.

Təhlildə deyilir ki, iqtisadiyyatın durumu xüsusilə ABŞ-da kiçik bizneslər üçün çətinlik yaratdı.

XS
SM
MD
LG