Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

İspaniyada koronavirusa yoluxma bir günə 1000 nəfər artıb


Ispaniyada bir gecədə koronavirusa 1000-dən çox yoluxma halı qeydə alınıb.

Martın 12-də 3004 nəfər yoluxmuşdusa, martın 13-də 4209 nəfərin yoluxduğu bildirilir.

Virus Madriddə Basqlar Ölkəsində və La Rioja regionunda qeydə alınıb.

Martın 13-də ölü sayı 84-dən 120-ə qalxıb.

Martın 12-də Çində koronavirusa 12 yoluxma halı qeydə alınıb. Bir gün əvvəl, martın 11-də 15 hal qeydə alınmışdı.

Qazaxıstan ilk yoluxma halı qeydə alıb, Almaniyada qayıdan bir kişi və bir qadında yoluxma aşkarlanıb.

ABŞ-da koronavirusdan ölənlərin sayı 10-a çatıb.

XS
SM
MD
LG