Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:52

338 yeni yoluxma, 6 ölüm


Arxiv foto
Arxiv foto

Son gündə Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyunun 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Məlumatda yazılıb ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 11329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”

Qərərgahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6100, ötən müddət ərzində isə ümumilikdə 403 499 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 476 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 452 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG