Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 00:23

Qərargah: ‘25 nəfər koronavirus infeksiyasına yoluxub’


Arxiv foto

Son bir gündə Azərbaycanda 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə bu gün, aprelin 25-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda qeyd edilib ki, hazırkı dövrədək Azərbaycanda 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib:

“ Onlardan 1080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir ”

Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 120.479 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusa yoluxanlardan 197 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb.Amma aprelin 27-dən karantin rejimindəki qaydalarda müəyyən yumşalmalar olacağı vurğulanıb.Həmin tarixdən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülməlidir.

Multimedia

XS
SM
MD
LG