Keçid linkləri

2026, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:18

Körfəz ölkələri Hörmüzdən yan keçməyin yolunu axtarırlar

Polis İraqın Bəsrə əyalətində neft kəməri boyunca patrul çəkir.
Polis İraqın Bəsrə əyalətində neft kəməri boyunca patrul çəkir.

İran Hörmüz boğazına həmişəlik nəzarət etməklə təhdid edir. Körfəz ölkələri isə bu boğazdan yan keçmək üçün bahalı kəmərlər layihələrinə yenidən baxırlar. Bu haqda "The Financial Times" yazır.

Rəsmilər, sənaye başçılarının dediyinə görə, yeni kəmərlər Körfəz ölkələrinin bu boğazdan asılılığını azaltmağın yeganə yolu ola bilər. Amma belə layihələr həm bahalıdır, həm siyasi baxımdan mürəkkəbdir, üstəlik, tamamlanması illər çəkəcək.

"Şərq-Qərb" kəməri

Səudiyyə Ərəbistanının 1200 km-lik "Şərq-Qərb" kəməri var. 1980-ci illərdə qurulub. O zaman İran-İraq "tanker müharibəsi" boğazın bağlana biləcəyi sarıdan qorxu yaratmışdı. İndi bu kəmərlə Qırmızı dənizdəki Yanbu limanına günə 7 milyon barel neft daşınır, Hörmüzdən yan keçməklə.

Səudiyyənin "Aramco" dövlət neft nəhənginin icraçı direktoru Əmin Nasir ötən ay təhlilçilərə deyib ki, hazırda bu kəmər istifadə etdikləri əsas marşrutdur.

FT yazır ki, hazırda krallıq gündəlik 10.2 milyon barel neft hasilatından daha çoxunu bu kəmərlə nəql etməyi nəzərdən keçirir.

Xəritə dəyişmir

Regionda kəmərlərlə bağlı öncəki planlar dəfələrlə dalana dirənib, bahalıq, mürəkkəblik ucbatından. Atlantik Şurasında Yaxın Şərq proqramları üzrə aparıcı məsləhətçi Meyson Kafafi Körfəzdəki əhvalın dəyişdiyini deyir.

"Hamı eyni xəritəyə baxır və eyni qənaətə gəlir", – o bildirir.

Qəzet yazır ki, uzunmüddətli perspektivdə yeni kəmərlərin daxil olacağı ticarət yolları ilə neft-qazdan savayı, məhsullar da daşına bilər.

Fevralın 28-də ABŞ və İsrail İrana aviazərbələrə başlayandan Tehran Yaxın Şərqdə müxtəlif hədəflərə raket və dron zərbələri endirir. İran dünya neft və qazının təxminən 20 faizinin daşındığı Hörmüz boğazını da faktiki blokadaya alıb, bir neçə gəmini vurub.

Müharibə başlayandan dünyada enerji qiymətləri kəskin artıb.

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün niyə bu qədər vacibdir
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00


XS
SM
MD
LG