Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:49

Trump Şimali Koreyanı “atəş və hiddətlə” hədələdi


ABŞ prezidenti Donald Trump deyib ki, Şimali Koreya Birləşmiş Ştatları bir də təhdid edərsə, “atəş və hiddətlə” üzləşməli olacaq.

Donald Trump avqustun 8-də deyib: “Yaxşısı budur ki, Şimali Koreya bir daha Birləşmiş Ştatları hədələməsin. Əks halda onlar dünyada indiyədək görünməmiş atəş və hiddətlə üzləşəcəklər”.

Trump bu bəyanatı Nyu Cersinin Bedminster şəhərindəki Trump Milli Qolf Klubunda səsləndirib. Bundan əvvəl Washington Post xəbər vermişdi ki, Pxenyan onun raketlərinə yerləşdirilə biləcək miniatür nüvə başlıqlarını istehsal edə bilib. Bu, Şimali Koreyanın sözün tam mənasında nüvə gücünə çevrilməsi yolunda əsas addım sayıla bilər.

Ağ Ev və Pxenyan arasında ritorika Şimali Koreya ötən iyulda iki qitələrarası ballistik raketi sınaqdan çıxardıqdan sonra daha da qızışıb. Ekspertlər bildirirlər ki, Şimali Koreya Birləşmiş Ştatların istənilən nöqtəsini vura biləcək raketlərin istehsalına çox yaxınlaşıb.

BMT-nin Təhlükəsizlik Şurası avqustun 5-də Şimali Koreya üzərinə yeni iqtisadi sanksiyalar qoyan qətnaməyə yekdilliklə səs verib.

Şimali Koreya bəyan edib ki, sanksiyalar onun suverenliyini pozur və Pxenyan ABŞ-ın hər hansı hərbi hərəkərinə qarşı Vaşinqtona özünün strateji nüvə qüvvələri ilə “sərt dərs” verməyə hazırdır.

Avqustun 8-də The Washington Post ABŞ kəşfiyyat rəsmilərinə istinadən yazıb ki, Şimali Koreya qitələrarası raketlər də daxil, özünün ballistik raketlərini nüvə başlıqları ilə təchiz edə bilib.

ABŞ kəşfiyyatının adı çəkilməyən rəsmilərinə istinad edən məqalədə deyilir ki, məxfi təhlil ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat Agentliyində aparılıb.

Məlumatda deyilir ki, Şimali Koreyanın ölçücə daha kiçik nüvə başlıqlarını sınaqdan keçirib-keçirmədiyi bəlli deyil, hərçənd Pxenyan belə sınaqların uğurla keçirildiyini bildirib.

Qəzet yazır ki, başqa bir kəşfiyyat qiymətləndirməsinə görə Şimali Koreyanın hazırda 60 vahid nüvə silahı var.

Bu arada Yaponiya Müdafiə Nazirliyinin qiymətləndirməsində bildirilir ki, Şimali Koreya nüvə başlıqlarının miniatür variantlarını hazırlaya bilib. Başlıqların kiçildilməsi onların raketlərə yerləşdirilməsi üçün zəruriri şərtdir.

Şimali Koreya nüvə və raket proqramlarının dayandırılması üçün ona edilən beynəlxalq çağırışlara məhəl qoymur.

Pxenyan bildirir ki, ballistik raketlər ona düşmən münasibət bəsləyən Birləşmiş Ştatlardan müdafiə olunmaq üçün legitim silah kimi lazımdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG