Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

2018-ci ilin ən böyük, yaddaqalan hadisələri


 Kim Jong Un və Moon Jae-in
Kim Jong Un və Moon Jae-in

2018-ci ilin ən böyük idman hadisəsi, dünyada ciddi siyasi dəyişikliyin başlanğıcı oldu. Pxençxanda keçirilən Qış Olimpiya oyunlarında,2 Koreya dövləti bir komanda şəklində çıxış elədilər. Şimali Koreya düşmənçilik ritorikasını dayandırdı və şimalla cənub yaxınlaşmağa başladılar.Şimali Koreya lideri 65 il ərzində ilk dəfə sərhədi keçərək, cənublu həmkarı ilə görüşdü.

Reuters yazır ki, başqa bir tarixi sammit isə Sinqapurda keçirildi.

Donald Trump və Kim Çen In
Donald Trump və Kim Çen In

Şimali Koreya lideri ilə ABŞ prezidenti ,uzun sürən qarşılıqlı ittihamlardan sonra ilk dəfə danışıqlar masasına oturdular.Donald Trump-la Kim Çen In-ın görüşünü demək olar ki, bütün dünya mətbuatı izləyirdi.

Dünya arenasına digər mümkün istiləşməni isə Rusiya və ABŞ liderlərinin görüşü gətirə bilərdi.

Donald Trump-la Vladimir Putinin ilk dəfə dövlət başçıları kimi bir araya gəldilər. Heç kim bu gürüşdən xüsusi nəsə gözləmirdi, amma bütün deyilənlər diqqətlə izlənilirdi. İkinci belə görüş isə “Böyük 20-lər” ölkələrinin Argentina sammiti çərçivəsində keçirilməli idi, amma bu gprüş baş tutmadı.

Donald Trump və Vladimir Putin r
Donald Trump və Vladimir Putin r

Rusiya bu ərəfədə Qara dənizdə Ukraynanın 3 hərbi gəmisini zəbt etdi. Moskva ilə Kiyev insidentə görə bir-birlərini ittiham elədilər. ABŞ isə prezidentlərin Argentina görüşünü ləğv edlədi.

Səudiyyəli jurnalist Camal Kaşıkçı oktyabrın 2-də bu ölkənin İstanbuldakı konsulluğunda öldürüldü.

Ər Ryad öncə məsələni gizlətmək istəməyə çalışsa da sonda 10-dan artıq şübhəlini həbs eləməli oldu.

Jamal Khashoggi
Jamal Khashoggi

Qərb hesab edir ki, bütün izlər, Səudiyyə kralının varisi, ölkədə ən nüfuzlu adamlardan biri hesab olunan Məhəmməd Bin Salmanın yaxın ətrafına aparır.

Ekspertlər deyirlər ki, onun göstərişi olmadan belə bir qətl mümkün ola bilməzdi.

Keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və qızı Yuliyanın Britaniyanın Solsberi şəhərində zəhərlənmələri Britaniya ilə Rusiya arasındakı münaditələri tamamilə korladı .London deyir ki, onları “Noviçok” adlı hərbi maddə ilə zəhərləyiblər və bunun arxasında Rusiya durur.Bu işdə konkret Rusiya hərbi kəşfiyyatının iki əməkdaşı şübhəli bilinirlər.Rusiya isə qəti şəkildə ittihamları rədd edir.

foto arxiv
foto arxiv

Amma diplomatik qalmaqal qaçılmaz oldu, ABŞ və Britaniya da daxil olmaqla bir sıra dünya ölkələri Rusiya diplomatlarını ölkədən çıxardılar. Öz növbəsində Moskva buna müvafiq addımlarla cavab verdi.

Beynəlxalq arenada başqa bir dramatik hadisə isə ABŞ-la Çin arasındakı qarşıdurma oldu.

İqtisadi cəhətdən dünyanın ən böyük ölkələri olan ABŞ-la Çin arasında “ticarət müharibəsi” yarandı.

Vaşinqton Pekinə qarşı bir sıra tarifləri qaldırdı.Öz növbəsində Çin buna müvafiq tədbirlərlə cavab verdi və yalnız ilin sonunda iki ölkə lideri görüşərək məsələni yoluna qoydular.

2018-ci ildə Yunanıstan və Birləşmiş Ştatlar da daxil olmaqla bir sıra ölkələrdə meşə yanğınları baş verdi. Yunanıstan və ABŞ-ın Kaliforniya ştatında yanğın yüzlərlə insanın həyatına son qoydu, bir sıra şəhərlər məhv oldu.

İndoneziyada isə bir-birinin ardınca vulkan püskürmələri, zəlzələ və sunamilər baş verdi.

Nəticədə minlərə insan həlak oldu, sahil rayonlarında infrastruktur demək olar ki, dağıldı.

Fransada 1968-ci ildən bu yana görünməmiş etiraz aksiyaları başladı.

Parisdə etirazlar
Parisdə etirazlar

Hakimiyyətin noyabrda yanacağn qiymətini bahalaşdırmaq planı ölkədə kütləvi etirazlara səbəb oldu.Uzun toqquşmalar və qarşıdurmadan sonra hakimiyyət güzəştə gedərək islahatları 6 aylıq dayandırmalı oldu.

İyunda isə Tailandda, gənclərdən ibarət futbol komandasının üzvləri olan 12 oğlan, məşqçiləri ilə birlikdə su basmış mağarada qaldılar.

9 gündən sonra dalğıclar onları 4 kilometrlik dərinlikdə sağ aşkar etdilər. Əməliyyatı demək olar ki, bütün dünya izləyirdi.

Böyük risk tələb edən əməliyyatda, Tailand və digər dünya ölkələrindən 90 dalğıc iştirak edirdi.

Təxminən 2 həftədən sonra onların hamısı xilas edildi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG