Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 09:55

Cənubi Koreyada Konstitusiya Məhkəməsi parlament səsverməsini nəticəsini təsdiq etdikdən sonra korrupsiya iddialarındakı roluna görə tənqid edilən prezident Park Geun-hye impiçment olunub.

Konstitusiyaya görə yeni prezidentin seçkisi 60 gün ərzində keçirilməlıidir.

Rəy sorğuları göstəriri ki, yeni prezidentin seçilməsi Cənubi Koreyanın siyasi oriyentasiyasını dəyişə bilər.

Bu rəy sorğularının nəticələrinə bir vaxtlar xanım Parka sədaqətli müttəfiq olan mütərəqqi namizəd Moon Jae-in liderlik edir. O Şimali Koreyaya daha yumşaq münasibətin tərəfdarıdır.

Prezidentin impiçmenti barədə qərara Konstitusiya Məhkəməsinin 8 hakimi yekdilliklə səs verib.

Korrupsiya hallarının Samsung kimi şirkətləri, habelə dünyada üçüncü olan Cənubi Koreya pensiya fondu və universitetlərə qəbulla bağlı olduğu bildirilirdi.

Təhlilçilər impiçmentin bütün region üçün mürəkkəb vaxtda baş verdiyini bildirirlər. Şimali Koreyanın nüvə sınaqları ilə əlaqədar onun “cəzalandırılması” məqsədilə Amerikanın THAAD antiraket batareyasının Şimali Koreyada yerləşdirilməsi qərarı Çinin etirazlarına səbəb olub.

Dünya agentlikləri bildirirlər ki, impiçmentə səbəb olan qalmaqal hətta Cənubi Koreyanın təlatümlü demokratiya tarixində də misilsizdir.

“Şahzadənin rəfiqəsi”

Prezident ən yaxın rəfiqəsi Choi Soon-sil-ə müşavirlərindən daha böyük səlahiyyətlər verməkdə günahlandırılırdı.

Məhkəmənin qərarında deyilir ki, ianələrin verilməsi üçün böyük şirkətlərə prezident özü şəxsən müraciət edirdi.

İmpiçment qərarı Konstitusiya Məhkəməsinin hökmünü səbirsizliklə gözləyən böyük izdiham tərəfindən alqışlanıb.

Prezident rəfiqəsi Choi Soon-sil böyük məbləğlərdə rüşvət almaqda ittiham olunur
Prezident rəfiqəsi Choi Soon-sil böyük məbləğlərdə rüşvət almaqda ittiham olunur

Choi prezidentə yaxınlığından istifadə edərək böyük şirkətlərdən rüşvət almaqda ittiham edilir. Onun təkcə Samsung şirkətindən 37 milyon dollar aldığı iddia edilir.

Prokurorlar bu işlə bağlı araşdırmanı “Choi-gate” adlandırıblar.

Prezidentin özünə qarşı isə prokurorluq tərəfindən 13 maddə üzrə ittiham irəli sürülüb.

Xanım Parkın özü ittihamları “nəhəng yalan” adlandırır.

Bu, Cənubi Koreyanın tarixində ilk prezident impiçmentidir.

65 yaşlı xanım Park ölkənin keçmiş hərbi avtokrat prezidenti Park Chung-hee-nin qızıdır. O 1963-1979-cu illər ərzində Cənubi Koreyanı dünyanın qabaqcıl iqtisadiyyatlarından birinə çevirib.

Xanım Parka ictimaiyyət arasında “ağrılı keçmişi olan şahzadə” kimi baxılırdı, beləki onun atasına Şimali Koreya rəğbətlisi tərəfindən atılmış güllə anasını öldürmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG