Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:57

Şimali Koreya ABŞ-ın bütün təkliflərini rədd edir


 Kim Jong Un
Kim Jong Un

Şimali Koreya nüvəsizləşmə ilə bağlı ABŞ-ın bütün təkliflərini rədd edib və onu”banditsayağı”adlandırıb.

Bu barədə CNN avqustun 10-da diplomatik dairələrdəki yüksək səviyyəli mənbələrə istinadla məlumat yayıb.

Televiziya kanalının həmsöhbətçisi qeyd edir ki, Ağ ev Şimali Koreyadan “nüvəsizləşmə prosesinin tam yoxlanılmasını” istəyir və bunun həyata keçirilməsi ilə bağlı konkret təklif verib.

Mənbə bildirir ki, Vaşinqton bu proses başa çatmayınca sanksiyaları saxlamaq istəyir.

Şimali Koreya isə deyir ki, prosesə yalnız sanksiyaların yumşaldılacağı halda başlaya bilər, deyə mənbə vurğulayır.

Mənbə yazır ki, Şimali Koreyanın nümayəndəsi ötən cümə axşamı BMT-də deyib ki, ABŞ hakimiyyəti, 2 ölkə liderinin bu yaxınlarda Sinqapur görüşündə əldə edilən dialoq ruhuna əməl eləmir.

Pxenyan artıq Vaşinqtona güzəştə getdiyini qeyd edir, xüsusilə nüvə poliqonunun nümayiş etdirildiyini və Koreya müharibəsində həlak olmuş ABŞ əsgərlərinin qalıqlarının qaytarıldığını deyir.

Buna da bax:"Şimali Koreya 55 amerikan əsgərin qalıqlarını qaytarıb"

Şimali Koreya hesab edir ki, ABŞbeynəlxalq sanksiyalar və təzyiqlərlə onun gözləntilərini doğrultmayıb.

CNN yazır ki, Şimali Koreya hakimiyyətinin bu mesaşı ingilis dilində BMT-ki missiya vasitəsi ilə çatdırılıb.

Amma ABŞ Dövlət Departamenti məsələyə münasibət bildirilməsi ilə bağlı CNN-nin sorusuna cavab verməyib.

ABŞ nüvə təhlükəsinə görə iyunda Şimali Koreyaya qarşı sanksiyaları uzadıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG