Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:19

"Ş.Koreya hərbçilərini koronavirusa görə 30 gün qapalı yerdə saxlayıb"


'Şimali Koreya son 30 gün ərzində öz hərbi qüvvələrini qapalı saxlayıb və 24 gün demək olar ki hansısa uçuş həyata keçirməyib'.

Ş.Koreya hökuməti bunu koronavirusun yayılmasının qarşısını almaq üçün edib.

Amma hələ ki ölkədə virusa yoluxma halı təsdiqlənməyib.

Bu haqda ABŞ qüvvələrinin Cənubi Koreyadakı nümayəndəliyinin rəhbəri məlumat verib.

"Silahlı qüvvələr 30 gün ərzində tam qapalı şəraitdə saxlanıb. Bu günlərdə yenidən təlimlərə başlayıblar", deyə general Robert Abrams Pentaqonda jurnalistlərə bildirib.

O əlavə edib ki, Şimali Koreyada da koronavirusun olduğuna əmindir, sadəcə ölkə bunu gizlədir.

XS
SM
MD
LG