Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:31

Demokratlar və respublikaçılar impiçment araşdırmasında mübahisə ediblər


Ukrayna üzrə əsas diplomat William Taylor (sağda) və George Kent dinləmə zamanı
Ukrayna üzrə əsas diplomat William Taylor (sağda) və George Kent dinləmə zamanı

Bəzi məlumatlara görə Konqresdə keçirilən ictimai impiçment araşdırması dinləməsində ABŞ-ın Avropa İttifaqındakı səfiri Gordon Sondlandın prezident Donald Trump-ın Ukrayna siyasətindən daha çox özünün siyasi rəqiblərinin araşdırılması maraqlı olduğu barədə dedikəri müzakirə mövzusu olub.

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər müvəkkili William Taylor ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində keçirilən dinləmədə deyib ki, Trump onun siyasi rəqibi Joe Biden barəsində cinayət təhqiqatına başlanması üçün Ukrayna prezidenti Volodymyr Zelenskiy-ə təzyiq göstərib.

Taylor televiziya ilə canlı yayınlanan ifadəsində bildirib ki, iyuluin 26-da onun işçilərindən biri Kiyevə Ukrayna rəsmiləri ilə görüşmək üçün gəlmiş Sondlandla Trump arasında telefon söhbətini eşidib və bu söhbət zamanı Trump-ın Joe Biden barədə təhqiqatın keçirilməsini istədiyinin şahidi olub.

Daha sonra həmin əməkdaşın Trump-ın Ukrayna barədə nə düşündüyü barədə sualına Sondland cavab verib ki, ABŞ prezidentini daha çox Biden barədə təhqiqatın başlanması maraqlandırır.

Taylor bunu da deyib ki, sözü gedən əməkdaş Sondlandla bu söhbəti barədə ona keçən həftə məlumat verib.

Konqres dinləmələri demokratlar və respublikaçılar arasında kəskin, lakin ümumən sakit çəkişmələrlə başa çatıb.

Noyabrın 13-də Konqres qarşısında Taylor və dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini George Kent ifadə veriblər.

Konqresdə Donald Trump barəsində impiçment araşdırmasına rəhbərlik edən demokrat millət vəkili Adam Schiff deyib ki, bu araşdırmanın məqsədi prezidentin öz səlahiyyətlərini aşıb-aşmadığını üzə çıxarmaqdır:

"2014-cü ildə Rusiya ABŞ-ın müttəfiqi Ukraynanın Qərbə doğru meyllənməsinin qarşısını almaq və Putinin Rusiya imperiyasını bərpa etmək arzusunu reallaşdırmaq məqsədilə bu ölkəyə müdaxilə edib”.

Schiff bunu da deyib ki, daha sonra Rusiyanın daha güclü qüvvələri ilə qarşıdurmada 14 min ukraynalı həlak olub.

Demokrat millət vəkili bildirib ki, impiçment araşdırmasından məqsəd Trump-ın “bizim müttəfiqimizin zəifliyindən sui-istifadə edib-etmədiyini, Ukraynanı bizim seçkimizə müdaxiləyə dəvət edib-etmədiyini aşkara çıxarmaqdır”.

Schiff deyib ki, “məsələ bu qədər bəsit və dəhşətlidir”.

Onun sözlərinə görə “əgər bu hərəkət impiçmentlik deyilsə, onda impiçmentlik olan nədir?”

Demokratlar prezident Trump-ı onun 2020-ci il seçkisində potensial rəqibi olacaq keçmiş vise-prezident Joe Biden-ə qarşı cinayət təhqiqatına başlanması üçün Ukraynaya təzyiq göstərməkdə ittiham edirlər.

Lakin Konqresin Kəşfiyyat Komitəsinin üzvü, respublikaçı Devin Nunes Trump-ı qızğın şəkildə müdafiə edib və deyib ki, onun Ukraynanın 2016-cı il ABŞ seçkisinə müdaxiə etdiyinə dair iddiaların araşdırılmasını istəməsində heç bir qeyri-təbiilik yoxdur.

O iddia edib kİ, “demokratlar, korrupsiyalı media və partiyalı məmurlar 2016-cı il prezident seçkisinin nəticələrinə şübhə yaratmağa çalışırlar”.

Nunes deyib ki, Trump, Ukrayna prezidenti Volodymyr Zelenskiy-dən Biden-in təhqiq olunmasını istəməklə heç bir qanunsuzluğa yol verməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG