Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

ABŞ seçkiləri haqqında nəyi bilmək lazımdır?


Noyabrın 6-da Amerika Birləşmiş Ştatlarında Konqresə və Senata seçkilər keçiriləcək. Bu seçkiləri mövsümarası və ya müddətarası (midterm elections) seçkilər də adlandırırlar. Bunun səbəbi odur ki, hər dörd ildən bir keçirilən bu seçkilər prezidentin seçki müddətinin yarısına düşür.

Bu seçkilərdə seçicilər ABŞ Senatında 100 mandatdan 35-nin sahibini müəyyən edəcəklər.

Senatorların xidmət müddəti altı ildir və hər iki ildən bir bu palatadakı mandatların üçdə biri seçkiyə çıxarılır.

Müddətarası seçkilərdə həm də Konqresin aşağı palatası olan Nümayəndələr Palatasının 435 üzvü seçilir.

Nəticələr nə vaxt elan ediləcək?

Səslərin sayılmasına noyabrın 6-da seçki məntəqələrinin qapısı bağlandıqdan sonra, yəni yerli vaxtla saat 20:00-da başlanır.

İlk nəticələr artıq gecə yarısınadək gəlməyə başlayır. Noyabrın 7-də səhərin erkən saatlarında Nümayəndələr Palatasına hansı partiyanın nəzarət edəcəyi artıq məlum olur.

Proqnozlar nədir?

Sun qəzeti nüfuzlu FiveThirtyEight ictimai rəy saytına istinadən yazır ki, bu seçkidə demokratların qalib gəlməsi üçün 86, 1 faiz şansları var. Respublikaçıların çoxluğu saxlamaq şansları 13, 9 faiz olaraq göstərilir.

Lakin Senatın tərkibi üçün verilən proqnozlar fərqlidir. Burada demokratların nəzarəti ələ almaları üçün yalnız 1-in 7-yə nisbətində və ya 15, 1 faiz şansları var.

Bu da məlumdur ki, prezidentin populyarlıq reytinqi bu seçkilərin nəticələrinə təsir edə bilir. Hazırda Trump-ın populyarlıq reytinqi tarixən ən aşağı həddə - 40 faiz civarındadır.

Müqayisə üçün deyilməlidir ki, 2010-cu ilin müddətarası seçkiləri zamanı ovaxtkı prezident Barack Obaman-nın populyarlıq reytinqi 45 faiz idi və demokratlar ABŞ tarixində ən böyük itkilərinə məruz qalmışdılar.

Müddətarası seçkilər Donald Trump-ı necə təsirləndirə bilər?

Müddətarası seçkilər Donald Trump-ın prezident müddətinin ortasına təsadüf edir və Konqresin iki palatasının tərkibi onun ölkəni idarə etmək qabiliyətinə təsir göstərə bilər.

Bütünlükdə Senatda 51 respublikaçı, 47 demokrat və iki müstəqil senator var.

Bu o deməkdir ki, Senatda çoxluğa nail olmaq üçün demokratlar hazırda onlarda olan bütün mandatları qoruyub saxlamalı və daha iki mandat əldə etməlidirlər. Lakin demokrat mandatlarından 10-u Trump-ın 2016-cı ildə qalib gəldiyi ştatlardadır.

Konqresin aşağı palatası – Nümayəndələr Palatasında çoxluğa sahiblənmək üçün demokratlar 20 mandat əldə etməlidirlər.

Demokratların nəzarətində olan Konqres Trump-ın Meksika hasarını tikmək, vergiləri ixtisar etmək və Obamanın səhiyyə sistemini ləğv etmək cəhdlərini bloklaya bilər.

Konqresdə çoxluğu əldə edəcəkləri təqdirdə demokratlar Konqres komitələrində də üstünlüyə malik olacaqlar. Bu komitələrin Trump administrasiyasını təhqiq etmək səlahiyyəti var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG