Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

ABŞ millət vəkilləri ‘Putinin sərvətini’ araşdırmağa çağırırlar


Vladimir Putin
Vladimir Putin

ABŞ millət vəkilləri Rusiya prezidenti Vladimir Putini, Kremlin müxalifət fəalı Boris Nemtsovun qətlində iddia olunan roluna və başqa siyasi opponentlərin təqibinə görə kəskin tənqid edən qətnamə qəbul ediblər.

Nümayəndələr Palatasında martın 12-də keçirilən səsvermədə bu qətnamə 416 leyhinə və yalnız 1 əleyhinə olmaqla qəbul edilib.

Bu səsvermədən əvvəl Konqresin Xarici Əlaqələr Komitəsinin üzvü, demokrat Eliot Engel deyib:

"Bu qətnamədə Kremlin öz siyasi opponentlərini sistematik təqib etməsi pislənir və administrasiya Nemtsovun qətli və onun ört-basdır edilməsi üçün məsuliyyət daşıyanlara sanksiyaların qoyulmasına çağırılır”.

Keçmiş baş nazir və Vladimir Putinin xarizmatik opponenti Nemtsov 2015-ci ildə Kreml divarlarının bir neçə metrliyində qətlə yetirilib.

Rusiya hakimiyyət orqanları bu qətlə görə beş çeçeni məhkum edib, lakin Nemtsovun tərəfdarları və yaxınları rəsmiləri qətlin sifarişçisini aşkara çıxarmamaqda ittiham edirlər.

Qətnamə administrasiyanı bu qətldə əli onlanları Magnitsky Qanunu kimi tanınan insan haqları aktı əsasında hədəfləməyə çağırır. Bu sənəddə habelə ABŞ kəşfiyyat agentliklərindən bu məsələ barədə Konqresə hesabat vermələri istənir.

Martın 12-də qəbul edilmiş bu qətnamə Rusiyanın siyasətini hədəfləyən tədbirlərdən yalnız biridir. Başqa bir qətnamədə Rusiyanın Krımı ilhaq etməsi pislənir.

Bu həftə səsə qoyulacaq digər bir qətnamədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktorundan Putinin maliyyə aktivləri barədə hesabatın təqdim edilməsi istənir.

Qətnamə layihəsində deyilir ki, Birləşmiş Ştatlar Vladimir Putinin korrupsiyasının faş edilməsi üçün çox iş görməlidir.

Bu da əlavə edilir ki, Putinin “əyri yolla qazandığı bu sərvət bəlkə də onun natəmziliyinin və Rusiya Federasiyasında qanunun aliliyinin və demokratiyanın sarsıdılması üçün göstərdiyi inadlı səylərin ən qüdrətli qlobal simvoludur”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG