Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 23:56

Konqres Rusiya təhqiqatının ictimaiyyətə açıqlanmasına dair qətnamə qəbul edib


Xwsusi prokuror Robert Mueller
Xwsusi prokuror Robert Mueller

ABŞ millət vəkillərinin yekdilliklə qəbul etdiyi qətnamədə xüsusi prokuror Robert Mueller-in apardığı Rusiya təhqiqatının yekun nəticəsinə dair hər hansı hesabatın Konqresə və ictimaiyyətə açıqlanması tələb edilir.

Bu təhqiqat barədə mümkün qədər çox məlumatın açıqlanması üçün baş prokuror William Barr-ın üzərinə təzyiq qoyan bu qətnamənin qəbuluna martın 14-də Nümayəndələr Palatasının 420 üzvü səs verib. Qətnamənin əleyhinə səs verən olmayıb. 4 millət vəkili bitərəf qalıb.

Konqresin Ədliyyə Komitəsinin sədri Jerrold Nadler deyib: "Bu qətnamə təhqiqata dair bir çox suallar və onun prezident və administrasiyası tərəfindən tənqidi baxımından son dərəcə əhəmiyyətlidir. Konqresin şəffaflıq prinsipinin müdafiəsinə qalxması çox mühümdür.”

Mueller hesabatı nə zaman başa çatdıracağı barədə heç nə deməyib və bu hesabatın nə qədərinin dərc ediləcəyini və ya nə qədərinin ictimaiyyətə açıqlanacağı naməlumdur.

Malik olduğu mandat Mueller-dən hesabatın baş prokurora təqdim olunmasını tələb edir. Bu hesabata münasibətdə sonrakı addımlar barədə qərarı da baş prokuror müəyyənləşdirir.

Barr yanvar ayında baş prokuror vəzifəsinə təsdiq olunarkən bildirmişdi ki, o Mueller-in hesabatının məxfi saxlanmalı olduğuna dair Ədliyyə Nazirliyinin təlimatlarını rəhbər tutacaq.

Bu təlimatlara görə hesabat yalnız hər hansı bir məsələ barəsində mühakiməyə ehtiyac olub-olmadığlını izah etməlidir.

Bu isə o deməkdir ki, hesabat yalnız bir vərəqlik tezislər şəklində və ya tam mətn şəklində açıqlana bilər.

Mueller-in prezidentin yaxın adamları ilə Rusiya arasında mümkün əlaqələri araşdıran təhqiqatı Trump Ağ Evə gələndən bəri onun prezidentliyi üzərinə kölgə salıb.

Trump “heç vaxt Rusiyaya işləmədiyini” deyib və bu təhqiqatı “yepyekə yalan” adlandırıb.

XS
SM
MD
LG