Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:23

ABŞ millət vəkilləri Moskvaya qarşı daha sərt tədbirlərə çağırırlar


Konqresin Xarici İşlər Komitəsinin sədri, respublikaçı Ed Royce
Konqresin Xarici İşlər Komitəsinin sədri, respublikaçı Ed Royce

ABŞ-ın ən yüksək vəzifəli millət vəkili Rusiyanın Suriya, Ukrayna və başqa yerlərdəki “aqressiv hərəkətlərinə” görə cəzalandırılması üçün daha çox tədbirlər görülməsini tələb edib.

Sentybarın 13-də konqresmen Ed Royce-un bu bəyanatından bir gün əvvəl prezident Donald Trump-ın administrasiyası Konqres seçkisi ərəfəsində seçki təhlükəsizliyinin gücləndirilməsinə dair yeni tədbirlər planını açıqlamışdı.

Trump-ın imzaladığı yeni fərman ABŞ seçkilərinə müdaxilə edən əcnəbilərin ciddi cəzalandırılmasını nəzərdə tutur.

Buna baxmayaraq Konqresdəki respublikaçı və demokratlar Kremlin hərəkətlərinə konkret tədbirlərlə cavab verilməsini tələb edirlər.

Hər iki partiyanın dəstəyi ilə ötən avqustda təqdim edilmiş qanun layihəsi Amerika Təhlükəsizliyinin Kreml Təcavüzündən Müdafiəsi – 2018 adlanır.

Bu qanunda nəzərdə tutulmuş cəza tədbirləri və sanksiyalar Konqresin ötən il yekdilliklə qəbul etdiyi anti-Moskva qanunun sanksiyalarından daha ciddi və daha sərtdir.

Yeni qanunda Rusiyanın enerji sektoru ilə hər hansı maliyyə tranşlarına sanksiyalar qoyulur. Qanunda Rusiyanın neft layihələrində işləmək istəyən ABŞ vətəndaşlarına lisenziyaların verilməsi qadağan edilir.

Hazırda mövsümarası seçki ərəfəsində sözü gedən qanun layihəsinin perspektivləri qeyri-müəyyən qalır.

Sentyabrın 13-də ABŞ Konqresinin Xarici İşlər Komitəsində çıxış edən Ed Royce deyib ki, Trump administrasiyası sözü gedən sahədə kifayət qədər iş görmür:

"Biz Vladimir Putin və onun korrupsioner yoldaşlarından məsuliyyət tələb etmək əzmində olduğumuzu isbat etmədən onların Suriya, Ukrayna və ya başqa yerlərdə davranışlarını dəyişəcəklərini gözləyə bilmərik. Rusiyanın təyinatlı fərdləri və vahidləri ilə əhəmiyyətli biznesdə olanlar buna görə ağır bədəl ödəməlidirlər”.

Dövlət katibinin iqtisadiyyat və biznes işləri üzrə müavini Manisha Singh deyib ki, Rusiyanın indiyədək ona qarşı qoyulmuş sanksiyalardan “on milyardlarla dollar” itirdiyi təxmin edilir.

Demokrat millət vəkili Thomas Suozzi də daxil bir neçə konqresmen Maliyyə Nazirliyindən Rusiyanın təyyarə istehsalçısı Suxoy şirkəti üzərinə niyə indiyədək sanksiya qoyulmadığını sual ediblər. Bu şirkət həm hərbi, həm də sərnişin təyyarələrini istehsal edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG