Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

ABŞ Konqresi büdcə qətnaməsini qəbul edib


ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar kiçik səs fərqi ilə 4 trilyon dollarlıq büdcə layihəsini qəbul ediblər.

Beləliklə prezident Trump vergilərlə bağlı məsələyə istədiyi şəkildə baxmaq imkanı qazanıb.

Bu büdcə layihəsi respublikaçılara demokratların dəstəyi olmadan vergiləri qarşıdan gələn on ildə 1, 5 trilyon dollar ixtisar edəcək tədbirləri həyata keçirmək imkanı verib.

Lakin səs fərqinin (216-212) kiçik olması o deməkdir ki, istənilən vergi islahatlarının prezident masasına Konqresdən keçən yolu asan olmayacaq.

Bu səsvermədə 20 respublikaçı da hamılıqla büdcə qətnaməsinə “yox” deyən demokratlara qoşulmuşdu.

Nümayəndələr Palatasının spikeri Paul Ryan Senatda bəyənilmiş qətnamənin qəbul olunmasını alqışladığını deyib.

O bildirib ki, “bu bizi tarixi vergi islahatına bir addım da yaxınlaşdırırıb”.

XS
SM
MD
LG