Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

30 il əvvəl batmış sovet sualtı gəmisi radiasiya buraxır


Komsomolets atom sualtı gəmisi (foto arxivdəndir)
Komsomolets atom sualtı gəmisi (foto arxivdəndir)

Norveçin Radiasiya və Nüvə Təhlükəsziliyi Agentliyi batmış K-278 “Komsomolets” sovet sualtı gəmisinin fotoşəkillərini dərc edib.

Şəkilaltı yazıda deyilir ki, “Sovet atom sualtı gəmisi bugün, batdıqdan 30 il sonra belə görünür. Bu şəkillər ötən bazar günü (iyulun 7-də) Norveç dənizində çəkilib”.

The Barents Observer fotoların pilotsuz dərin su aparatı Ægir 6000 vasitəsilə çəkildiyini yazır.

Hazırda davam edən sualtı ekspedisiyadan məqsəd - ərazinin radiasiya vəziyyətini öyrənməkdir.

Norveçin TV2 telekanalı xəbər verir ki, gəminin reaktor bölümündəki ventilyasiya borusunun ətrafında radiasiya normadan 100 dəfə artıqdır.

Lakin Norveç Dəniz Tədqiqatları İnstitutundan tədqiqatçı Hilde Elise Heldalın sözlərinə görə, yüksək radiasiya bundan əvvəl də, 2007-ci ildə Rusiya ekspedisiyası tərəfindən aşkar edilmişdi.

Alim detyir ki, hələlik bu radisiya balıqçılıq və elmi araşdırmalar üçün təhlükə yaratmır.

1989-cu ilin aprelində Sovet İttifaqının K-278 “Komsomolets” hərbi sualtı qayığı batmışdı.

Bu sovet və Rusiya sualtı donanmasının ən böyük qəzalarından biri sayılır.

Bu sualtı gəmi hələ layihələndirmə mərhələsində olanda analoqu olmayan gəmi hesab edilirdi: Onun güclü atom reaktoru vardı, 1000 metr dərinliyə enə bilirdi, üstəlik yüksək sürətə malik idi.

Bu SSRİ-nin ən yaxşı sualtı qayığı idi. Gövdəsinin titandan hazırlanması onu həm də sovetin ən bahalı gəmisi etmişdi.

Bu gəmini o qədər etibarlı hesab edirdilər ki, onu müharibə şəraitində bütün sualtı qayıqlar üçün komanda mərkəzi etmək nəzərdə tutulurdu.

Lakin “Komsomolets” 7 aprel 1989-cu ildə, suya buraxıldıqdan cəmi beş il sonra batdı. Gəminin bütün heyəti həlak olmuşdu.

Qəzanın səbəbləri bu günə qədər araşsdırılmamış qalır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG